17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
14:34 - Müasir Azərbaycan ordusu müstəqilliyimizin və suverenliyimizin qoruyucusudur
12:58 - Leyla Əliyeva və Arzu Əliyeva Xızı rayonuna səfər edib
12:57 - İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və "Made in Italy" nazirini qəbul edib
12:53 - İlham Əliyev: Mingəçevir Cənubi Qafqazın energetika mərkəzi statusunu daha da gücləndirəcək
12:50 - Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Elçin İslam oğlu Zalov xatirəsinə Əzizləri itirdim
Göy üzü buludlar qaşqabaq tökdü,
Onun qəm payından, bizə də düşdü,
Bu illər səbrimi yaman qovurmuş,
İllərin sınağı, zalim olurmuş.
///
Göy üzü tutulub qaşqabağımda
Mən donub qalmışam göz yaşlarında
Ana itirdik biz cavan yaşında,
Neçə il sonrası şəhid qardaş da.
........
Anam xəstə yatağında qalmışdı,
Mənə qardaşlarımı tapşırmışdı.
Qardaş da sındırdı qol qanadımı.
Bilməzdi çəkəcəm qardaş dağını,
Çəkdiyin dağına qurbanam ana.
///
Al geri qaytardım əmanətini,
Elçin tək dedim ki, səadətini.
Əhdinə vəfasız çıxdım mən ana
Könlümdə əbədi qaldı bu yara.
O gəlin bəxtinə qurbanam ana.
///
Üç rəngli bayrağa bürünüb gəlib,
Düşmənin bağrını o dəlib gəlib
Vətənin uğrunda olubdur şəhid.
Qarşıla oğlunu,şəhidin gəlib
O şəhid balana qurbanam ana.
///
Qayğısını mən çəkə bilmədim onun.
Qayğısını cənnətdə çəkərsən onun?
Saxlaya bilmədim yadigarını,
Mən çəkə bilmədim onun nazını.
O işvə nazına qurbanam ana.
///
Qardaşım ürəyimə dağ çəkdi getdi,
Bir şirin xəyaldır gəlmişdi keçdi.
Sevdi torpağını ana yurdunu,
Qoruya bilmədim ana, oğlunu.
Nakam taleyinə qurbanam ana.
///
Bəzəmişəm ona şəhid otağı,
Ellərdən yığılır gəlir qonağı.
Toy nişan xonçası edə bilmədim.
Bəylik otağını bəzəyəmmədim,
O toysuz oğluna qurbanam ana.
///
Atamın qəlbinə elə od düşdü,
Tutuldu qılçalar dumanlar çökdü,
Üstümə dünyanın çox yükü düşdü,
Elçin kimin oğul,qardaşım köçdü.
Nisgilli atama qurbanam ana.
///
Qardaş məhəbbəti könlümdə əsir,
Ayrılıq həsrəti ömrümü kəsir.
Alışır qəlbimdə heç sönən deyil
Aylar, illər, ötsə azalan deyil.
Az olan ömrünə qurbanam ana.
..........
Qardaşım mənim arxam köməyim
Atadır, anadır mənim, hərşeyim.
Elçinsiz bu dünya mənə bir qəfəs,
Tutulub nəfəsim almıram nəfəs.
Gənclik həvəsinə qurbanam qardaş
///
O, məni özünə ana seçmişdi,
Sən mənim anamsan mənə demişdi.
Köksümdə yaradır mənə yoxluğu,
Gözümün önündə o boy buxunu.
Qaməti boyuna qurbanam qardaş.
///
Gözlərim qapıda gələrsən deyə
Sarılıb boynuma öpərsən yenə.
Danışıb səninlə olarıq sirdaş.
Nazını çəkərəm mən yenə qardaş
Çəkilən nazına qurbanam qardaş.
///
Deyirdim allahım sən onu qoru,
Canım yarı parçam sanırdım onu.
Şəhidlik xəbərin gəldi üstümə,
Kor olub mələklər mənim tüsdümə.
Şəhidlik adına qurbanam qardaş.
///
Bu məni yandıracaq ölənə kimi.
Toy edəcəkdim ona, bir ana kimi.
Bütün arzularım xəyala döndü,
Şaxta vurdu onu xəzana döndü.
Xəzan arzularına qurbanam qardaş.
///
Buz soyuq daşına qucaq açmışam,
Qardaşım vay deyib çox ağlamışam.
Qəlbimdə həsrətin əriyən bir şam,
Gül-çiçək bəzəyib mən də durmuşam.
Soyuq buz daşına qurbanam qardaş.
///
Sən çox üşüyəndin,isdi sevərdin,
Yatanda üstünü qalın örtərdin.
Buz soyuq məzarda necə yatmısan?
Qaranlıq məzarda necə qalmısan.
Qaranlıq otağına qurbanam qardaş.
///
Qara göz qardaşım mənim sirdaşım,
Vətənim sən mənim torpağım daşım.
Şəhid zirvəni də gül çiçək bəzər,
Gözlərim hər yerdə Elçini gəzər.
Vətən torpağına qurbanam qardaş.
Sevda İbrahimli
"Vətənim-Azərbaycandır.az"