00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
Heydər Əliyevin 99-cu il dönümü ilə əlaqəli müasir Azərbaycan mövzusunda tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevin 99cu il dönümünə hesr edilmiş"Heydər Əliyev və Müasir Azərbaycan"mövzusunda New Baku otelinin konfrans zalında "Zirvə İslahatlara Dəstək Mərkəzi" İctimai Birliyinin sədri Elçin Axundzadə və "Sabaha İnam" Sosial İnkişaf İctimai Birliyinin sədri Vüsal Əliyevin birgə təşkilatı ilə tədbir keçirilib. Tədbirdə Cənclər və İdman Nazirliyinin şöbə müdiri, QHT. AZ TV nin sedri, Cəsarət Hüseyinzadə,tanınmış Ziyalı Sahib Əliyev, QHT rəhbərləri və ictimai xadimlər, ehtiyatda olan Palkovnik Elmar müəllim, Aydın Əliyev, Xocalıda 8 gün ermənilərə əsr düşən "8 Gün Əsrlikdə" kitabının müəllifi Dürdanə xanım, Usuboğlu qrupun rəhbəri Samiralda xanım, Ana və Uşaq İctimai Birliyinin sədri Dünya xanım və bu kimi bir çox şəxslər iştirak edib.Tədbir Azərbaycan Repbublikasının dövlət himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan xalqının şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Elçin Axundzadə bildirib ki, Azərbaycan dövlətinin tanınmasında ulu öndər Heydər Əliyevin böyük rolu var: “Heydər Əliyev dedikdə Azərbaycan yada düşürdü. Saatlarla ulu öndərdən və onun fəaliyyətindən danışmaq olar. Azərbaycanınnzəngin neft-qaz yataqları var idi. Kommunikasiya üçün ən əlverişli region idi. Demək olar ki, Azərbaycan uğrunda mübaribə başladı. Hər kəs Azərbaycanı öz təsiri altına salmaq istəyirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlməsi ilə bir çox məsələlər öz həllini tapdı”.
“Sabaha İnam” Sosial İnkişaf İctimai Birliyinin sədri Vüsal Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev gələcək nəsillər tərəfindən daha yaxşı öyrəniləcək: “Zaman çox acımasızdır. Amma zaman kteçdikcə xalqımızın taleyində xüsusi rol oynayan dəyərli şəxsiyyətlər əbədiyyət qazanır. Mən əminəm ki, Heydər Əliyev xalqın tarixində əbədi iz qoyub”.
Gənclər və İdman Nazirliyinin şöbə müdiri Aydın Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyev idman sahəsinə böyük tövhələr vermişdir: ”Gənclərin sosial rifahının yaxşılaşdırılması üçün Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu öndər Bakı idman sarayında idman ictimaiyyəti ilə görüş keçirib. Heydər Əliyev çıxışında qeyd etdi ki, mən bədən tərbiyəsi və idmanın inkişafını öz üzərimə götürürəm və siz bunu gələcəkdə hiss edəcəksiniz. Həqiqətən də bu çox uzaqgörən bir çıxış idi. Biz xoşbəxt insanlarıq ki, ulu öndərin dövründə yaşamışıq”.
Ziyalı Sahib Kazımov qeyd edib ki, keçmişdə Azərbaycanın başına min bir hadisə gəlib, çox keşməkeşli həyat yolu keçib: “Məhz 1993-cü ildən etibarən Azərbaycan iqtisadiyyatı keyli inkişaf edib. Bunlar onu deməyə əsas verir ki, bu günu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu öndərin siyasətini uğurla həyata keçirir”.
Tədbirdə çıxış edən QHT sədrləri, ictimai şuranın üzləri Heydər Əliyevin siyasətindən, Azərbaycana verdiyi tövhələrdən söz açıb. Onun necə uzaqgörən bir siyasətçi olduğunu vurğulayıblar.
Afaq Azad
"Vətənim-Azərbaycandır.az"