Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Ağıllanmaq deyəndə peşəmi nəzərdə tuturlarsa, elə niyyətim yoxdur”

“Ağıllanmaq deyəndə peşəmi nəzərdə tuturlarsa, elə niyyətim yoxdur”
11-05-2022, 10:47 202 dəfə baxılıb

3 gün öncə yaşadığı binanın girişində bıçaqla hədələnən jurnalist Aytən Məmmədova hadisə ilə bağlı açıqlama yayıb.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, o, öz feysbuk hesabından etdiyi paylaşımda ekspertizadan keçə bilmədiyini deyib: “Təsəvvür edin, kiçik liftin içərisində arxadan bir nəfər əli ilə çənəndən tutub sıxır, o biri əlindəki bıçağı (gözümlə görməsəm də, bıçaq olduğunu güman edirəm) boğazına batırıb deyir, “sən ağıllanmadın da”. Arxasınca öz əxlaqına uyğun tərzlə 12 yaşlı övladımın ölümü ilə hədələyir. Hadisədən üç gecə keçir. Elə gecə olmayıb ki, mən iki saatdan artıq yuxu yata bilim.

İki gün ərzində dəfələrlə Bakı şəhər Baş Polis İdarəsində, Binəqədi rayon Polis İdarəsində olmuşam, izahat vermişəm, başqa qurumlarda görüşmüşəm. Hadisənin ertəsi gün ekspertizadan keçməyə getsəm də, məlum oldu ki, qeyri-iş günü olduğuna görə həmin qurum işləmir. Mayın 10-da mən gedəndə bildirildi ki, ekspert-həkimlər saat 3-dən sonra olmurlar, çıxıb gediblər. Mənim isə 3-dən sonra getməyim səbəbsiz deyildi. O vaxtda qədər Binəqədi rayon Polis İdarəsində və başqa qurumlarda olmuşdum.

Aytən Məmmədova hadisənin birmənalı şəkildə peşə fəaliyyəti ilə bağlı olduğunu bildirib: “Mənim şəxsi zəmində heç kiminlə ədavətim yoxdur. Elə işlərə qarışmamışam ki, kimsə gətirib boğazıma bıçaq dirəsin. Baş verənlər birmənalı şəkildə peşə fəaliyyətimlə bağlıdır! Ən çox verilən suallardan biri budur: istintaqdan razısan? Nə razıyam, nə də narazı. Çünki razı olmaq üçün ortada nəticə olmalıdır, cinayətkar(lar) tapılmalıdır. Narazı olmaq üçün də konkret əsaslar göstərməliyəm. Bu baxımdan düşünürəm ki, hələlik bu suala cavab vermək tezdir. Nəticədən asılıdır. Narazı olduğum müəyyən məsələlər var, onu da zamanı gələndə açıqlayacağam. Sonda bir daha qayıdıram “ağıllanmaq” məsələsinə. Əgər “ağıllanmaq” deyəndə peşəmi, jurnalistikanı nəzərdə tuturlarsa, mənim ağıllanmaq niyyətim yoxdur”.

Qeyd edək ki, Aytən Məmmədovanın Tovuzda itkin düşən, daha sonra öldürüldüyü deyilən Nərmin Quliyeva cinayətini araşdırdığına görə hədələndiyi iddia olunur. Həmin hadisəyə görə, Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI