Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rəşad Nəbiyev Ucarda vətəndaşları qəbul edəcək.

Rəşad Nəbiyev Ucarda vətəndaşları qəbul edəcək.
6-05-2022, 09:49 409 dəfə baxılıb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 13-ü saat 10:00-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarının sakinlərini qəbul edəcək.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün mayın 12-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab Telekommunikasiya Qovşaqlarına (050 833 03 40) müraciət edə bilərlər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI