Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Təltif olunan diaspor fəalları Prezidentə təşəkkür etdilər - Fotolar

Təltif olunan diaspor fəalları Prezidentə təşəkkür etdilər - Fotolar
9-05-2022, 23:58 245 dəfə baxılıb

“Dünya Azərbaycanlılarının V Qurultayınının keçirilməsi təkcə bizim üçün deyil, bütün xalqımız üçün böyük tarixi hadisə oldu. Qurultayın Şuşada olması isə ikiqat bayrama çevrildi”.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu sözləri Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvü, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin söyləyib.
O qeyd edib ki, dünya azərbaycanlılarının Şuşada görüşməsi on illərlə arzu olub: “Qurultay dünyada yaşayan azərbaycanlılar arasında əlaqələrin möhkəmlənməsində əvəzsiz rol oynadı. Buna görə Ukraynada yaşayan soydaşlarımız adından təşkilatçılara xüsusi təşəkkürümü çatdırıram. Düşünürəm ki, bundan sonra dəmir yumruq ətrafında daha sıx birləşəcəyik. Mənim üçün bu görüş həm də ona görə unudulmaz oldu ki, dövlət başçısı məni “Dostluq” ordeni ilə təltif etdi. Belə yüksək mükafata layiq görüldüyümə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edirəm”.
Rusiya Federasiyasının Sverdlovsk vilayətində Azərbaycan Ural İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski də təltif olunduğuna görə ölkə başçısına təşəkkür edib:
“Cənab Prezidentə məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə minnətdarlığımı çatdırıram. Müzəffər Ali Baş Komandana və xalqımıza Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsinə görə də sonsuz təşəkkür edirəm. Prezidentin çıxışını məmnuniyyətlə dinlədik və tövsiyələrini eşitdik. Bundan sonra həmin tövsiyələri rəhbər tutaraq, öz fəaliyyətimizi daha da genişləndirəcəyik. Bir məqamı da vurğulamalıyam ki, diaspor fəaiyyətimizin səmərəli olmasında Diasporla İş üzrə Dövlət Komitəsi bizə yaxından kömək edir”.
San-Fransisko Dünya Musiqi Festivalının musiqi direktoru, mahir kamança ifaçısı və müəllimi İmamyar Həsənov sənət və fəaliyyətinin qiymətləndirilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıq edib:
“Tərəqqi” medalına layiq görüldüyüm üçün dövlət başçısına və bu işdə zəhməti keçən bütün qurumlara səmimi təşəkkürümü bildirirəm. Cənab Prezidentin qurultayda diasporumuzla bağlı səsləndirdiyi fikirləri dəstəkləyirik və düşünürəm ki, bundan sonra bütün imkanlarımızı səfərbər edib fəaliyət göstərməli, dövlət qurumları ilə yaxın əlaqələr qurmalıyıq. ABŞ-da 22 illik fəaliyyətim zamanı Azərbaycan milli musiqisinin təbliği ilə məşğul olmuşam və bu illərdə ölkəmizin də dəstəyinə çox ehtiyacım olub. Düşünürəm ki, bundan sonra da mənə göstərilən diqqət, qayğı fəaliyyət imkanlarımı daha da genişləndirəcək”.
İ.Həsənov qeyd edib ki, Zəfər qurultayının məhz Şuşada keçirilməsi və oraya dəvət olunmasından qürur hissi keçirir:
“Bu mötəbər tədbirdə iştirak etmək mənim üçün böyük şərəf oldu. Şuşanın küçələrini gəzib işğal nəticəsində milli xəzinəmizin, abidələrimizin dağıldığını görmək məni çox üzdü. Digər tərəfdən, üzərimə düşən məsuliyyət mənə sanki yeni-yeni layihələrimin açarını verdi. Çox qısa bir zamanda dünyanın fərqli ölkələrindən olan dinləyicilərimə bu acı həqiqətləri sənətimin gücü və vasitəsilə təqdim edəcəyəm”.



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI