20:03 - Ağ Evin keçmiş mətbuat katibi televiziyada işə başlayacaq
19:56 - Belçika kralı İlham Əliyevə məktub göndərdi
17:02 - İlham Əliyevdən İTV ilə bağlı SƏRƏNCAM
16:23 - Güclü Azərbaycan Ordusu İlham Əliyevin yaratdığı inkişaf nümunələrindən biridir.
16:14 - Almaniyada meymunçiçəyinə yoluxanlar 21 günlük karantinə alınacaq
16:10 - “Bu həftənin 2-ci yarısında hava sabitləşməyə doğru dəyişəcək”
12:07 - Narkotik vasitədən istifadəyə görə hansı halda cinayət işi açılmır?
11:43 - İlham Əliyev müdrik rəhbər və Müzəffər Ali Baş Komandan kimi Vətən müharibəsinin qəhrəmanıdır.
10:35 - Borrel Brüsseldəki görüşü yüksək qiymətləndirir
10:12 - Səsinin sehriylə ucalan xanəndəmiz...
06:22 - Qazaxıstanda xarici pasportlarda çip tapıldı, nazirlik açıqlama yaydı
06:19 - Rusiyalı diplomat “Heç vaxt ölkəmdən bu qədər utanmamışam” deyərək istefa verdi
06:16 - “Məktəbdə yaxşı oxumayıblar və bunu bilmirlər” - Lavrov
AİLƏMİZ TALEYİMİZDİR
Həyatda xoşbəxtlik bir insana üç yoldan gəlirmiş:
1- Kimlər arasında doğulduğun
2- Kimlər tərəfindən yetişdirildiyin
3- Kiminlə evləndiyin
Həqiqətən də nə qədər doğru bir sözdür...
Həyatımızın gedişatını ən çox istiqamətləndirən amili, yəni ailəmizi və qohumlarımızı özümüz seçə bilmirik. Tamamən bir şans məsələsidir...
İnsanın taleyi, kimlər arasında doğulduğuna bağlı olaraq o qədər fərqli şəkillər ala bilir ki...
Ailəsinin tutumuna bağlı olaraq bir uşağın xarakteri formalaşır, həyatda hansi seçimləri edə biləcəyi müəyyənləşdirilir. O uşağın içindəki cövhərlər ortaya çıxa da bilər, tamamən məhv olub bastırıla da bilər.
Əslində məncə digər iki xoşbəxtlik yolu da ailəmizə bağlıdır, onların bizi necə bir şəxsiyyət olaraq yetişdirdiyinə və necə bir təhsil imkanı yaratdıqlarına. İnsan gələcəkdə evlənəcəyi insanı belə şüuraltı anası ya da atasını və onlar arasındakı münasibətləri təməl alaraq seçir. Anası və atası xoşbəxt və sevgi dolu olan uşaqlar həyatının geri qalanını da xoşbəxt və hüzurlu olur. Sevgi görməyən bir uşaq isə sevgi verə bilmir. İnsanları sevmək, ya da sevməmək, özünə güvənib, güvənməmək daha sonradan öyrənilə bilən şeylər deyil. Bunların filizleri ümumilikdə körpəlikdə içimizdə kök atır.
Bütün bunlara baxdığımızda, görürük ki, ailəmiz, eyni zamanda qədərimizdir. Ailəmizin təhsil səviyyəsi, zəka səviyyəsi, ata-anamızın öz ailələrində necə yetişdirildikləri....vs. hamısı bizim xarakterimizi və taleyimizi təsbit edən amillərdir. Beləliklə bir ata və ya ananın öz övladını yetişdirmə şəkli, özündən daha da sonrakı nəsillərə belə təsir göstərməkdədir.
Heç bir zaman, həyatda bu anda gəldiyim yerə gələ bilməmin ən böyük səbəbinin ailəm xüsusunda çox şanslı olduğumu unutmadım.Təhsilli, elmli, zəkalı, geniş dünyagörüşlü, məni hər mövzuda dəstəkləyən, sevgi dolu bir anam və atam olduğu üçün özümü hər zaman çox şanslı hiss etdim, Allah'a hər zaman şükr etdim. Nailiyyətlərimin əksəriyyətinin kökündə onların dəstəyi və varlığı olduğunu özümə həmişə xatırlatdım. Hər zaman onlara layiqli bir övlad olmağa çalışmışam, çalışıram və çalışacağam.
İnsanların həyatdakı ən böyük şansları, təəssüf ki, bəzən də şanssızlıqları olur ailələri.
Ailəmiz, taleyimiz və qədərimizdir.
Əgər bu xüsusda şanslıysaq, dəyərini bilməliyik.
Sevgilərimlə!
SEVİL ORUCOVA .NƏRİMANOV TİBB MƏRKƏZİNİN YANIQ ŞÖBƏSİNİN HƏKİM -PEDİATRI