Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:19 - Təhsilimizin bu günü...

13:10 - Prezident: “Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik”

13:08 - Prezident: “Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var”

07:14 - HAYATA DOKUNMAK (GENÇLİĞİMİN MERKEZİ) EKİBİ AKDENİZ’İN İNCİSİ ANTALYA’DA

00:12 - BAKIDA QIRĞIZ MƏDƏNİYYƏTİ GÜNLƏRİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASIMI KEÇİRİLİB.

17:01 - Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB + FOTO

16:58 - Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

11:58 - Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

11:17 - Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

11:15 - Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

10:40 - Xankəndidə silah-sursat aşkarlanıb

10:38 - 25 Aprel Respublika Sahibkarlar günüdür

10:25 - Quba Xaçmaz Regional Təhsil idarəsinin A. Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbdə Yer günü və " Yaşıl dünya naminə həmrəylik ili " çərçivəsində iməclik keçirilmişdir.

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

“Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi layihəsi kecirildi

“Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi layihəsi kecirildi
16-04-2022, 12:37 276 dəfə baxılıb

Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Qadınları Respublika Cəmiyyəti “İ.B. “Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi “layihəsi ilə bağlı 11.04.2022 ci il Ağdam rayonu Bənövşələr qəsəbəsi 2 saylı köçkün orta məktəbdə şəhid ailələri,qazilər,aztəminatlı ailələr,müharibədən əziyyət çəkmiş qadınlar,müəllim və şagirdlərlə görüş keçirildi.Məktəbin direktoru Tünzalə Vəliməmmədova hər kəsi salamladı və qonaqları təqdim etdi.Tədbirin mahiyyəti haqda məlumat verildikdən sonra , Agentliyin nümayəndəsi Nigar Ağakişiyeva 44 gün Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan igidlərə,canlarını,sağlamlıqlarını itirən qazilərə,bu dövr ərzində əziyyət çəkən qadınlara Dövlətin göstərdiyi diqqət və qayğısı barədə ,gələcəkdə işğaldan azad olunan torpaqlarımızda quruculuq işlərinin aparılması,ağıllı kənd,ağıllı qəsəbələrin salınacağı haqda məlumat verdi. Digər problemlərin həll olunacağı barədə Dövlətin,Möhtərəm Prezident İlham Əliyevin sərəmcanlarını tədbir iştirakçılarına çatdırdı.Psixoloq,Təşkilatın sədr müavini Vəfa Abbasova psixoloji testlər aparıb, durumlarında narahatçılıq olan insanlarla təklikdə görüşüb,məsləhətlərini verdi. Sosioloq Sevda Məmmədova kənd əhalisi arasında sorğu keçirib,problemləri,istəkləri,narazılıqları,təşəkkürləri qeyd edərək,ümumi rəy hazırladı. Hüquqşünas Ağamirzə Bağırov tədbir iştirakçılarına hüquqi məsləhətlər verməklə yanaşı,qazilərin hələ də ,ağır döyüşlərdə iştirak etdiklərinə,Prezident tərəfindən müxtəlif medallara layiq görüldüklərinə baxmayaraq, veteranlıq sənədini və ya əlillik dərəcəsini almadıqlarını bildirənlərlə ayrı -ayrı görüşüb,araşdırmalar aparacağı haqda məlumat verdi.Tədbir uşaqların şerləri və səhnəcikləri ilə yekunlaşdı.Hazırlanan xüsusi bukletlər paylandı.Tədbir Videokamera ilə lentə alındı və fotolar çəkildi.Agentliyin nümayəndəsi Nigar Ağakişiyevaya bu tədbirdə iştirak etdiyinə görə təşəkkürlərimizi bildiririk.Ağentliyin rəhbərliyinə və bütün işçilərinə bu şəraiti bizə yaratdıqları üçün minnətdarıq.Tədbirdə İştirak edən Vəfa Abbasovaya,Sevda Məmmədovaya,Ağamirzə Bağırova ,Məktəbin direktoru Tünzalə Vəliməmmədovaya və bütün kollektivə təşəkkür edirik.Şəhid ailələrinə öz vəsaitləri hesabına orucluq ayında göndərdikləri iftar paylarına görə Hacı xanıma və təşkilatın xanımlarına təşəkkür edirik.Sovqatlar şəhid evlərini ziyarət edərkən paylandı.Ailələrin ürək sözləri ,Dövlətə və Dövlət rəhbərlərinə təşəkkürləri və xahişləri dinlənildi.Suallar cavablandırıldı.Hamısıah bütün Şəhidlərimizə rəhmət eləsin. “AQRC”İ.B.sədri Bahar Qasımova

     

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI