17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
8 Mart Beynəlxalq Qadınlar günü.
Zərifliyin, kübarlığın, nəcibliyin, xanımlığın təcəssümü olan bir günün ətrinə bürünmüşdür bütün cahan bu gün.
Və günün gözəlliyindən Azərbaycan Qadınına da böyük pay düşür. O, Azərbaycan qadını ki, hələ tariximizdən bu tərəfə zaman -zaman öz mərdliyi, dəyanəti, əxlaqı, ləyaqəti, sədaqəti ilə hər zaman seçilməyi bacarmışdır.
Olduğca şərəfli bir həyat yolu vardır Azərbaycan Qadınının!
Bu gün müstəqil Azərbaycan qadını ictimai, siyasi, elmi, sosial, təhsil, incəsənət və digər sahələrdə fəaliyyətdıdir.
Azərbaycan qadını bu gün Vitse Prezidentdir. Və bunun davamı olaraq deyə bilərik ki xanlmlarımız bu gün parlamentdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə, təhsildə, səhiyyədə, ölkə iqtisadiyyatının inkişafında sahibkar kimi biznes strukturlarında, kənd təsərrüfatında, orduda, idmanda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında, İKT sahəsində kişilərlə bərabər rəhbər vəzifələrdə layigli fəaliyyət sərgiləyirlər.
44 günlük vətən savaşı zamanı da bir bir daha Azərbaycan xanımının mərdliyini, dözümünü, cəsarətini, kişi qeyrətini bir daha ön plana çıxartdı. Bəli bu gün Azərbaycan qadını Qəhrəman anasıdır, Şəhid anasıdır, Qazi anasıdır! Şərəfli və qürurludur!
Zərifliyi ilə göz qamaşdırıb, güclü xarakteri ilə dünyaya meydan oxuyan Azərbaycan xanımları!- Başda çoxsaylı qadın ordusunun Tomrisi olan Vitse Prezidentimiz Mehriban Əliyeva olmaqla, bütün xanımlarımızı, Şəhid və Qazi analarını, xanımlarını, qızlarını, mələk üzlü anamı, yaşadığım və fəaliyyətdə olduğum Quba rayonunun gözəl xanımlarını, ADPU Quba filialında birgə çalışdığım dəyərli iş yoldaşlarlmı, və qızlarımı səmimi qəlbdən təbrik edir, uzun, sağlam, xoşbəxtlik dolu həyat yolu arzu edirəm. Qadın xoşbəxtliyi heç sizi tərk etməsin!
Nəhayət Şirinova
İctimaiyyətçi.
ADPU Quba filialının əməkdaşı.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zona rəhbəri.