13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
Ziyalı Ocağı” İctimai Birliyi “Xocalıya ədalət!” adlı tədbir keçirdi – FOTO
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi fevral ayının 26-da Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Xocalıya ədalət!” adlı tədbir keçirib.
Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, tədbiri girş sözü ilə birliyin sədri, layihə rəhbəri İlahə Əliyeva açaraq bildirdi ki, müasir tariximizin faciəli, qanlı, dəhşətli, habelə, insanlıq tarixinə sığmayan hadisələrindən biri olan Xocalı soyqırımından bu gün bizi 30 illik bir zaman kəsiyi ayırır: "Bu 30 il ərzində Azərbaycan xalqı öz yaralarını özü sarımağa çalışdı. Təbii ki, qaçqınına, köçgününə özünün isti ana qucağını açdı. Amma qəddarcasına reallaşdırılan qətliamın canlı şahidləri olan xocalılar, o cümlədən bütöv Azərbaycan xalqı bu qanlı söyqırımı aktını əsla unuda bilmədi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı faciəsi lə bağlı bu fikirləri dönə-dönə söyləyirdi: “Xocalı faciəsinin üstündən 200 il keçsə də, unudulmamalıdır!”
Xalqımızın genetik yaddaşına erməni quldurları və onların tərəfdaşları tərəfindən vurulan bu zərbələrin ağırlığına davam gətirib dözmək böyük səbir və əzm istəyirdi. Bu 30 il ərzində xalqımız özünün qürurunu ləyaqətlə qorudu, dərdinin ağırlığına mətanətlə sinə gərdi.
Məncə dərdin ağırlığı onun böyüklüyündən asılıdır. Xalqımıza və dövlətimizə qarşı işlənən bu müharibə cinayətinin ağırlığı o qədər böyük idi ki, biz bu dərdi aradan nə qədər zaman ötsə də, unuda bilmədik. Hər dəfə xatırlayanda gözlərimiz yaşla doldu, könlümüz qübarlandı, boğazımız qəhərdən kilidləndi. Köməksiz, əlacsız, əli yalın, dinc vətəndaşlarımızın mənfur erməni qan içənlərinin, silahlı erməni quldurularının qarşısında qaldıqları o dəhşət dolu anları gözlərimiz önünə gətirdik. Onların, o günahsız insanların, körpələrin, qocaların, qadınların, xəstələrin, əlsiz-ayaqsızların qarlı-çovğunlu, soyuq, şaxtalı-ayazlı, dumanlı qış günlərində yaşadıqları facələri biz də mənən yaşadıq. Yaşadığımız bu faciələr müasir dünyanın gözləri qarşısında baş verdi, amma müasir dünya, beynəlxalq qurumlar bu hadisələri biganəliklə qarşıladılar, bu kütləvi terrora laqeyd qaldılar. Günahkar Ermənistan həyata keçirdiyi bu faciəyə, kütləvi terror aktına, soyqırımına görə beynəlxalq məsuliyyətə cəlb olunmadı.
Azərbaycan dövləti quldur erməni qəsbkarları tərəfindən xalqımıza qarşı həyata keçirilən qanlı məzalimi, mənəviyyatımıza, iqtisadiyyatımıza vurulan bu zərbələri dəfələrlə bütün dünyaya duyursa da, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına nail ola bilmədi”.
İ.Əliyeva nitqinə davam edərək qeyd edib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda daşı-daş üstündə qoymayan, milli-mənəvi abidələrimizə, dinc vətəndaşlarımıza qarşı barbarlıq nümayiş etdirən manqurt ermənilərin və işğalçı Ermənistanın əsl siması haqqında məlumatlar dünyanın bütün xalqlarına, o cümlədən, beynəlxalq təşkilatlara mütəmadi şəkildə çatdırılmalıdır: "Beynəlxalq məhkəmələrdə Ermənistan ifşa olunanadək müntəzəm olaraq bu mövzu gündəmdə saxlanılmalıdır. Cinayətkar erməni tapdağından azad edilən torpaqlarımızdakı mövcud durum haqqında ətraflı və sanballı materiallar hazırlanaraq beynəlxalq məhkəmələrə təqdim olunmalıdır. Ermənistan dövləti Azərbaycana qarşı apardığı bu qəddar siyasətə görə bütün bəşəriyyət qarşısında cavab verməlidir. Bir milyondan artıq vətəndaşımızın taleyi ilə oynayan, onları acınacaqlı vəziyyətə salan, malını-mülkünü mənimsəyən, milli-mənəvi dəyərlərinə həqarətlə yanaşan bu mənfur sifətli düşmənin - işğalçı Ermənistanın törətdiyi əməlləri unutmamalı və unutdurmamalıyıq! Biz “Xocalı soyqırımına” ədalət istəyirik!”
Layihə rəhbəri vurğulayı ki, azğın, fəsad düşmən zaman gələcək, ona təmənnasız verilən cənnət Qarabağın torpaqlarını tərk edəcək. "Ali Baş Komandanımız, cənab İlham Əliyevin apardığı hərtərəfli siyasətə söykənərək, bu məntiqə əsaslanıram”, - deyə bildirib.
Tanınmış jurnalist, Avropa.info xəbər portalının baş redaktoru Rəsul Mirhəşimli erməni terrorçularının və onların havadarlarının - Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə Xocalıda həyata keçirdikləri qanlı, kütləvi terror aktından ətraflı şəkldə bəhs edib. O, əsaslı faktlarla söykənərək, terrorçu bir ölkənin – Ermənistanın tarixi Azərbaycan torpaqlarında reallaşdırdıqları qanlı faciələrdən danışıb: "Ermənilərin Azərbaycan ərazisində törtədiyi qətliamların tarixi 1805-ci ildə Kürəkçay müqaviləsi başa çatan Rusiyanın Qarabağı ilhaqından sonra başlayır. Bu müqavilədən sonra ermənilər Yaxın Şərq ölkələrindən gətirilərək, Azərbaycan torpaqlarında məskunlaşdırıldı və Azərbaycana qarşı törədiləcək gələcək faciələrin təməli qoyuldu".
R.Mirhəşimli qeyd edib ki, ermənilərin Azərbayacana qarşı törətdiyi terror aktlarının miqyası ötən yüzilliyin əvvəllərində daha da genişlənməyə başladı: "1905-ci ildə ermənilər azərbaycanlılara qarşı terror aktları törətdilər və bu terror aktları 1918-ci il mart qırğınları ilə daha da genişləndi. Erməni daşnaklar 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər bölgələrində daha qanlı faciələr törətdilər".
O, çıxışında bildirib ki, erməni terrorlarının miqyası təkcə Azərbaycan əraziləri ilə məhdudlaşmır: "1915-ci ildə Osmanlıya qarşı üsyanlara qalxan erməni quldur silahlı dəstələri Vanda böyük qırğınlara səbəb oldu. Şəhərə hücum edən erməni quldurlar qoca, qadın, xəstə və uşaqlara fərq qoymadan əhaliyə qarşı qətliamlar törətdilər. Erməni vəhşiliyi təkcə bu qırğınlarla məhdudlaşmırdı. Ermənilərin silahlı quldur dəstələri Rusiya ilə savaşdan dönən Osmanlı əsgərlərini pusquya salır, onları qayıtdıqları yollarda güllələyirdilər".
R. Mirhəşimli bildirib ki, 1992-93-cü ildə Qarabağı işğal edən Ermənistan bu torpaqlarda dini və mədəniyyət abidlərini, məzarlıqları, yaşayış evləri və inzibati binaları vəhşicəsinə dağıdıblar: "2020-ci ilin 27 senytabrında başlayan Qarabağ müharibəsinin ikinci mərhələsində Azərbaycanın rəşadətli Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında olan torpaqlarımı azad etdi. İnanırıq ki, tezliklə bu torpaqlarda həyat əvvəlki axarına dönəcək, həmin regionun əhalisi doğma torpaqlarında yaşamağa başlayacaq".
R.Mirhəşimli qeyd edib ki, tezliklə Xocalı və ermənilərin nəzarətində olan digər torpaqlarımız Azərbaycanın idarəçiliyinə keçəcək: "Bizim üzərimizə düşən vəzifə Xocalı soyqırımını unutmamaq və bu faciəni unudulmağa qoymamaqdır".
Tədbirdə Xocalı faciəsinin qurbanlarının yaşadıları o məhşum gecəni böyük ürək yanğısı ilə təsvir edən “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva söyləyi ki, dəfələrlə Xocalı faciəsini yaşayan, o dəhşətli hadisələrin şahidi olan həmvətənlərimizlə görüşüb, onları dərin sarsıntı içərisində dinləyib: "Xocalı soyqırımı qaniçən, mənfur qonşularımız tərəfindən aldığımız ən böyük zərbələrdən biridir. Gələcək nəsillərimiz bu naqisləri yaxşı tanımalı, xalqımıza və dövlətimizə vurulan zərbələri yaddan çıxarmamalıdır. Çünki xəyanət unudulanda bir daha təkrarlanır”.
Çıxış üçün söz alan “Dünya xəbər” saytının baş redaktoru Kamran Orucov xüsusilə vurğulayıb ki, ermənilər Xocalı faciəsini törətməzdən əvvəl, öz tarixi dədə-baba torpaqlarında yaşayan bütün azərbaycanlılara qarşı kütləvi qətliamlara əl atıbl: "Sakini olduğum Qubadlı rayonunun Eyvazlı kəndində də bu qəbildən olan barbarlıq aktlarını həyata keçirdilər, dinc əhaliyə divan tutdular, onların gözlərini qorxutmaq, onları doğma yurd-yuvalarından didərgin salmaq üçün hər cür alçaqlığa əl atdılar. Qeyd edim ki, Ermənsitanın Azərbaycana təcavüzü başlayarkən Azərbaycanda ermənilərin bütövlükdə yandıdığı kənd Qubadlının Eyvazlı kəndi olub. Mən özüm həmin Eyvazlı kəndində dünyaya gəlmişdim, orada böyümüşdüm, amma erməni qəddarlığı mənim kimi yüz minlərlə azərbaycanlını öz doğma yurdunu tərk etmək məcburiyyətində qoydu”.
Abşeron rayon Təhsil şöbəsinin metodisti Sevinc Qurbanova Xocalı faciəsinin bu günkü və gələcək nəsillərin unutmayacağını bildirdi və qətiyyətlə söyləyib ki, bu 30 il ərzində xalqımız dinc oturmayıb, hər bir vətəndaş bu və ya digər dərəcədə, bacardığı qədər vətəninə, xalqına ləyaqətlə xidmət göstərib: "Bunun əvəzsiz nəticəsini biz 44 günlük Vətən müharibəsində gördük. Xalqımız özünün layiqli Ali Baş Komandanı, cənab İlham Əliyevin ətrafında sıx birləşərək, azğın düşmənə qarşı savaşdı və özünün tarixi zəfərini qazandı”.
“Qadın və Uşaqların İnnovativ
Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynur Zülfüqarova “Xocalı faciəsinin canlı şahidlərinin ifadələri ilə tədbirin gedişatına böyük maraq qatıb. O, mənhus günlərin şahidlərinin ürək ağrıcı xatirələrindən danışıb. Erməni qaniçənlərinin bəşər tarixində görünməmiş qəddarlıqlara əl atdıqlarından bəhs edib.
Abşeron rayon 2 saylı Xırdalan şəhər orta məktəbinin tarix müəllimi Sevinc Abdullayeva 44 günlük müharibənin Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirib. O ən böyük arzusunun Xocalını görmək olduğunu dilə gətirib.
Eşitmə Və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanan çıxışını tariximizin bütün ağır məqamlarında daima bir olan xalqımızın yekdilliyindən bəhs edib. C. Abdulova qətiyyətlə erməni vəhşiliyini qınadı və gənclərə xitabən bildirib ki, mənfur qonşumuzun bu bədnam əməlləri əsla unudulmamalıdır: "Xocalı soyqırımı bizim yaddaş kitabımızdır”.
Öz çıxışını Xocalı faciəsinə həsr etdiyi, Azərbaycan və ingilis dillərində hazırladığı slayd üzərində quran Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin 1-ci kurs tələbəsi Nərmin Əzizova qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirib: "Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Qəddar düşmən, qatil canilər həyata keçirəcəkləri o məhşum planı öncədən hazırlamışdılar, bunun üçün xüsusi hazırlıqlar görülmüşdü. Təəssüf ki, həmin xüsusi hazırlıqlar erməni quldurları tərəfindən xüsusi qəddarlıqla həyata keçirildi-xocalılara aman verilmədi, bu qədim şəhərin daşı-daş üstündə qalmadı, yerlə-yeksan edildi, azərbaycanlılara məxsus bütün tarixi abidələr məhv edildi, qəbirstanlıqlar belə zirehli texnika ilə “şumlandı”.
Məlumat üçün bildrim ki, Xocalı soyqırımı zamanı 613 nəfər qəddarcasına, xüsusi amansızlıqla qətlə yetirildi, 1000 nəfərdən artıq xocalı sakini aldıqları güllə yarası nəticəsində əlil qaldı, şikəst oldu. Bu kütləvi soyqırımı aktı nəticəsində 8 ailənin kökü kəsildi. Bu 8 ailədən bir nişanə belə qaımadı. 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi.
Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil”.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.