Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan-Rusiya Bəyannaməsinin subyektləri

Azərbaycan-Rusiya Bəyannaməsinin subyektləri
25-02-2022, 21:49 311 dəfə baxılıb

Bu artığ hər kəsə məlumdur ki, ölkəmiz öz milli maraqlarına uyğun çoxşahəli müstəqil xarici siyasət yürüdür.

  Bu siyasi xəttin motivlərindən biri də Rusiya və Azərbaycan arasında illərdir davam edən diplomatik əlaqələrdir. Bütün bu sadalananların daha bir addımı kimi yeni imzalanan Moskva Bəyənnaməsini qeyd edə bilərik.
İmzalanan hər iki  Bəyannamə ölkələrimiz arasında münasibətlərin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.
2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təqdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri  müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.
Bundan əlavə isə  Azərbaycanın NATO ilə münasibətləri də  uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham ƏIiyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Y.Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Və Azərbaycan Rusiya əlaqələri də yüksələn xətt üzrə inkifaf yolu keçməkdədir.
Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır!
Qardaş Türkiyə ilə müttəfiqlik bəyənnaməsi imzlayan ölkəmiz eynitipli bəyənnaməni Rusiya dövləti ilə imzalayaraq ikitərəfli əlaqələrin daha da möhkəmlənməsini təmin etmiş oldu.Şuşa Bəyənnaməsi kimi Moskva bəyənnaməsi də reqionda ölkəmizin bütövlüyünə, müstəqil və dinamik inkişafına,  müstəqilliyinə böyük bir qarantdır.
Bəyənnaməni gözdən keçirdərkən fikir vermək lazımdır ki 43 bəndin hec biri ölkəmizin milli marağlarına zidd deyil və ümumi demokratik addımlara bir dəstəkdir.
Ölkələrimiz arasında yaranan yeni müttəfiqlik səviyyəsi bundan sonrakı fəaliyyətdə və dinamik inkişaf yolunda bir mayak rolunu oynayacaqdır.

Nəhayət Şirinova
İctimaiyyətçi.
ADPU Quba Filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
"Vətənim-Azərbaycandır.az" Xəbər Portalının şimal zonası üzrə nümayəndəsi

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI