23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
22:59 - Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi AÇIQLANDI
17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
Gəncə qəhrəman şəhər və eyni zamanda qəhrəmanlar şəhəridir.
Ölkə başçımız Cənab İlham Əliyev Azərbaycanımizin ikinci ən böyük şəhəri olan, Dahi Nizami Yurdu Gəncəyə səfər edib.
O, Gəncə ki, tarixən öz dəyanətini və qürurunu saxlayıb bu günümüzə qəlib çatmışdır.Və bu sıralama 44 günlük Vətən savaşında,da bir daha özünü göstərdi.Gəncə misli görünməmiş hərbi cinayətlə üz-üzə qaldı.Balistik raket hücumuna məruz qalan Gəncədə gecə ilə binalar dağıdıldı, günahsız dinc əhali həlak oldu.
Gəncə və gəncəlilərin yüksək əzm nümayişini ölkə başçımız yüksək qiymətləndirir və daima öz diqqətini onlardan əsirgəmir.Buna bariz nümunədir ki o, yenidən Gəncəyə səfər etdi.
ikiinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar (6 uşaq həlak oldu), qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.
Ölkə başçımız İlham Əliyevin də qeyd etdiyi kimi Gəncə və Gəncəlilərin yaşadığı bu dəhşətlər unudulmayacaqdır. Bunu nəzərə alaraq
Gəncədə Memorial Kompleks inşa ediləcək və böyük ərazini əhatə edəcək. Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.
Bu hər kəsə bəllidir ki,
İkinci Qarabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı xüsusi gözləntilər vardır. Kəlbəcərə yeganə gedən yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilər. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır.
Gəncə Qəhrəman şəhər və qəhrəmanlar şəhəridir!
Varlığın əbədiyyətə yol alsın Ulu Gəncəmiz!
Nəhayət Şirinova
İçtimaiyyətçi.
ADPU Quba filialının əməkdaşı.
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal zonası üzrə nümayəndəsi.
"44gun.org xəbər saytında baş redaktorun müavini.
"Zirvə İnformasiya Mərkəzi" və "Zım.az"saytının şimal zonası üzrə nümayəndəsi.