Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qubanın Qonaqkənd qəsəbəsində şəhid Kamran Orucovun xatirəsi əbədiləşdirilib

Qubanın Qonaqkənd qəsəbəsində şəhid Kamran Orucovun xatirəsi əbədiləşdirilib
27-01-2022, 21:05 244 dəfə baxılıb

Qubada Birinci Qarabağ müharibəsi şəhidi Orucov Kamran Niyətulla oğlunun xatirəsi əbədiləşdirilib.

 "Vətənim-Azərbaycandır.az AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə istinadən bildiriy ki, yanvarın 27-də rayonun Qonaqkənd qəsəbəsində Kamran Orucovun şərəfinə inşa olunan abidə-bulaq kompleksi istifadəyə verilib. Kompleksdə Kamran Orucovla yanaşı, qəsəbənin 44 günlük Vətən müharibəsi və Birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarının xatirə lövhələri yaradılıb. Qonaqkənd qəsəbəsi torpaqlarımızın azadlığı uğrunda 14 oğlunu şəhid verib. Onlardan üçü Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.
Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.
Kamran Orucov 1992-ci il iyulun 14-də hərbi xidmətə yollanıb. Sentyabr ayında Ağdamda Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralı dostunu xilas etmək üçün irəli atılıb və itkin düşüb.
Vətən müharibəsində Kamran kimi döyüşçülərimizin qisasını düşməndən alanlar arasında onun bacısı oğlu Saleh də olub. Sumqayıtda böyüyən Saleh Nuriyev 44 günlük savaşda Cəbrayıl uğrunda qızğın döyüşlərdə iştirak edib. Dayısı ilə müxtəlif zaman kəsimlərində eyni həyatı yaşayan 18 yaşlı qəhrəman oktyabrın 16-da şəhidlik zirvəsinə ucalıb.
Çıxış edən şəhid valideynləri və kənd ağsaqqalları Kamranın keçdiyi döyüş yolundan, onda olan yüksək vətənpərvərlik hissindən danışıblar. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Tədbirdə məktəblilər şəhidlərimizə həsr edilən şeirlər səsləndiriblər.
        

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI