Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Borc yazılır, amma istilik verilmir” - “Azəristilik” məsələni həll etdi

Borc yazılır, amma istilik verilmir” - “Azəristilik” məsələni həll etdi
27-01-2022, 14:35 148 dəfə baxılıb

““Azəristilik” abunəçinin koduna borc yazır, amma istilik vermir. “Otopleniya”lara əl vurub baxıram ki, ilıqdır. Ötən il də belə idi, bu il də. Deyəsən "Azəristilik" "Azəriqaz"a olan borcunu belə ödəyir”.

Bu şikayətlə “Vətənim-Azərbaycandır.az” a Xətai rayonu, Gəncə prospekti: 23 ünvanında yaşayan sakinlər müraciət edib. Vətəndaşlar bildirirlər ki, qışın bu soyuq günlərində istiliyə həsrət qalıblar.
Sakinlər iddia edirlər ki, “Azəristiliktəchizat” ASC-dən olan narazılıqlarını quruma bildirmək üçün qaynar xətlərinə zəng etsələr də, zəngləri cavabsız qalır: “İstiliyin içində su dövr edir, amma qaz o qədər zəifdir ki, suyu isitmir. Evində körpə uşağı, yaşlısı, xəstəsi olan var. Nə vaxta kimi belə olacaq? Qaynar xətlərinə də, saytlarında qeyd olunan nömrələrə də dəfələrlə zəng etmişik. Amma zəngə cavab verən yoxdur. Bəzi nömrələrinə, ümumiyyətlə, zəng çatmır, bəziləri isə məşğul gedir.
Baş idarələrinə gedib müraciət etdikdən sonra əlaqə üçün bir nömrə verdilər. O nömrəyə də dəfələrlə zəng etdikdən sonra xətlərinə düşmək mümkün oldu. Bildirdilər ki, ünvanı verin baxarıq. Amma dəyişən heç nə olmadı. Həmin nömrəyə yenidən yığanda isə cavab vermirlər. Yenidən üz tutduq baş idarəyə bu dəfə isə qəbul etmədilər. Qapıda duran mühafizəçi elə "müştəri qəbulu yoxdur" deyib vətəndaşları uzaqlaşdırır. "Azəriqaz"a olan borclarının çoxalmaması üçün bunlar istiliyi az verirlər”.
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qəza ilə bağlı həmin ərazidə istiliyin verilməsində fasilələr yaranıb: “Bu məsələ ilə biz məşğul olduq. Artıq həmin ünvanlara istilik verilib”. 
Daha sonra sakinlər saytımıza bildiriblər ki, onların sayta müraciətindən sonra “Azəristiliktəchizat” ASC-nin əməkdaşları ünvanlarına gələrək baxış aparıb və problemi həll ediblər. Artıq istiliklə təmin olunublar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI