Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənilib

Ötən il gecikdirilmiş sosial ödənişlər işçilərə ödənilib
16-01-2022, 15:45 140 dəfə baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2021-ci ildə vətəndaş müracətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1 257,4 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Bu barədə “Vətənim-Azərbaycandır.az” Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir.
Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.
Vəsaitin 1 238,8 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
Ötən il 34 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub və həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI