Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İşçilərin 1 milyondan çox gecikdirilmiş sosial ödənişləri verildi

İşçilərin 1 milyondan çox gecikdirilmiş sosial ödənişləri verildi
14-12-2021, 14:49 207 dəfə baxılıb

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş 1 milyon manatdan çox vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 11 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 1 milyon 24 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 1 milyon 6 min manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.
Yanvar-noyabr aylarında 28 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub. Görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.
Qeyd olunan hallarla bağlı müvafiq işəgötürənlərə qanunvericiliyin tələbləri izah olunub, onlar əmək qanunvericiliyinin aidiyyəti tələbləri barədə məlumatlandırılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI