19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
QARDAŞLIQ...
Gəncə Azərbaycan adlı qədim diyarın əsirlərdən bəri qəhrəmanlıq simvolu olan şəhərlərindən biridir. Taa o , vaxtlardan bu günə kimi şəhərin sakinləri bir birinin qeydinə qalar ,bir birinin dərdinə şərik olardılar. Nizami Gəncəvi, Cavad Xan yetişdirən bu şəhərin gəncləri Nizami Gəncəvi kimi dərin, Cavad Xan kimi qeyrətli və qəhrəmandırlar.
İndi sizlərə “QARDAŞLIQ” milli-vətənpərvərlik qrupu haqqında danışmaq istəyirəm. İlk dəfə Rusya Federasiyasında yaradılan bu qrup Azərbaycanlı oğulların bir birinə dəstək olması məqsədi daşıyıb . Həmin zamanlar Rusyada yaşayan soydaşların sosial, tibbi və hüquqi problemlərinin həlli, imkansız Azərbaycanlıların vətənə qayıtmasına kömək və digər yardımlar edirdilər. 2015-ci ildən bu yana Azərbaycanda və Gəncədə öz işinə başlayan bu qrup hərbçilərimizə, şəhid ailələrinə , imkansız ailələrə, yardıma möhtac olanlara ünvanlı yardımlar etməyə başladılar. Belə gözəl bir addım atan oğulların sayı günü gündən artır. Müzadil Zauroğlu, Səbuhi Cəfərli, Elman Allahverdiyev və adlarını bilmədiyim başqa qardaşların dəstəyi ilə bu yolu davam etdirən QARDAŞLIQ Vətən Müharibəsi zamanı ön cəbhəyə etdiklrəi yardımların sayı hesabı olmayıb . Bu yardımları edən QARDAŞLIQ Müdafiə Naziri Zakir Həsənov tərəfindən ,başqa- başqa korpus komandirləri tərəfindən mükafatlara , Fəxri Fərmanlara layiq görülmüşlər. Onlar müharibə bitəndə sonra öz işlərini bitmiş hesab etməmişdirlər. Cəbhə bölgələrinə yardımlar davam etdirilir,bəzi imkansız şəhid ailələrinin kirayə pullarını, ehtiyacları olan təmir pullarının ödənilməsinə köməklik göstərmişlər. 2021 ci ilin may ayından başlayaraq “Haqqınız ödənməz” şüarı aıtında 91 nəfər Gəncə Şəhidlərinin və 10 nəfər digər bölgələrdən olub Gəncədə yaşayan Şəhid övladlarının Ad Günlərini yüksək səviyyədə keçirməyə öhdəlik götürmüşlər. Bununla yanaşı Şəhid övladları üçün keçrilən bir sıra tədbirlər varki ,bu da “QƏHRƏMAN ÖVLADLARI” İdman Festivalı adı altında təşkil edilmişdir. Bu tədbirlərin birində 2022 ci il yanvar ayının 10-da 5 Şəhid övladı üçün keçirilən tədbirdə mən də iştirak etdim. Orada uşaqlara göstərilən qayğı ,diqqət ,mehriban davranış insanı kövrəltməyə bilməzdi. Atalarının adından Əmiləri tərəfindən edilən hədiyyələr uşaqlarla yanaşı hər kəsi sevindirdi.
Belə silsilə tədbirləri təşkil edən QARDAŞIĞA öz adımdan , Gəncə xalqı adından dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, sizin kimi oğullarımız var. ALLAH SİZLƏRİ QORUSUN!
Sevgilərlə Gəncə İnsan Hüquqlarının Müdafiəsi və Ekologiyanın Qorunması Mərkəzinin sədri SİTARƏ HACIYEVA
"Vətənim-Azərbaycandır.az'"