Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bakıda direktor məktəbdə şagirdləri döydü - Video

Bakıda direktor məktəbdə şagirdləri döydü - Video
6-01-2022, 17:52 148 dəfə baxılıb

Bakıda məktəb direktorunun şagirdləri döyməsini əks etdirən video yayılıb.

Həmin görüntülərin 9 saylı tam orta məktəbdə çəkildiyi deyilir. Qeyd olunur ki, məktəbin direktoru Zinyət Əhmədova iki şagirdə foyedə şillə vurub.
 "Vətənim-Azərbaycandır.az" Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Qafqazinfo"nun sorğusuna istinadən bildirir ki, paytaxtdakı 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı idarə tərəfindən müvafiq araşdırma aparılır: “Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Ümumi təhsil müəssisələrində müəllim-şagird münasibətlərinin tənzimlənməsi və uşaqların psixoloji dayanıqlılığının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, ərazi üzrə Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır: "Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Fotoda: Zinyət Əhmədova

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI