17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Zərif Qəhrəmanımızı təbrik edirik
Yaşadığımız hər gün, hər saat, hər an həyatımıza nəsə qazandırır. Və düşünəndə ki, bu qazanc sevilən, başarılı insan obrazıdır, bax o zaman daha çox sevindirici olur. Bizim Vətənim-Azərbaycandır.az komandasının da kəşf etdiyi, sözün əsl mənasında qazandığı, və birlik olmamızda müstəsna rolu olan əməkdaşlarımızdan biri haqqında bəhs edək.
Nəhayət Məhəmməd qızı Şirinova.
O, əsl Azərbaycan xanımı, mükəmməl ana, dəyərli dost, yaxşı yoldaş, həmdə qəlbi vətən sevgisi ilə dolu bir insandır. Həyat yoluna ekskursiya edək Nəhayət xanımın.
O, Quba rayonunun Tülər kəndində ziyalı ailəsində anadan olmuşdur.
Orta ixtisas təhsilini Azərbaycan Pedaqoji Kollecində, ali təhsilini isə xaricdə İdarəetmə Akademiyasında almışdır.
10 ilə yaxındır ADPU Quba filialında çalışır.Bununla paralel orta məktəbdə pedaqoq kimi çalışmışdır. Fəal İctimaiyyətçidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. İnkluziv Təhsil üzrə Beynəlxalq dərəcəli təlimçidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Mətbuata olan marağı Nəhayət xanımı "Elm və Təhsil" qəzetinin şöbə müdiri, "Şərqin səsi"qəzetinin isə redaktorluğuna gətirir. Bundan əlavə o, bizim "Vətənim-Azərbaycandır.az xəbər portalının, "Zirvə İnformasiya Mərkəzinin, "Zım.az" saytının şimal zonası üzrə nümayəndəsidir. İçtimai fəallığı nəticəsində Nəhayət xanım bir necə təşkilatın üzvlüyünə qəbul olunmuşdur. 10 ilə yaxın YAP Quba Rayon Təşkilatı Qadınlar Şurasının sədr müavini olmuşdur. Ümumidünya Sülh Federasiyasının "Sülh səfiri" diplomuna layiq görülmüşdür. Beynəlxalq Humsnistika İB-nin, Respublika Qadınlar Cəmiyyətinin, Almaniya Azərbaycan Dostluq Cəmiyyətinin üzvü, PTYİB- Şimal zonası üzrə rəhbəridir. "Qızıl Qələm" mükafatı laureatıdır. Bundan əlavə çox sayda mükafat və diplomlarla təltif olunmuşdur. 44 günlük Vətən savaşı dönəmində informasiya müharibəsində mücadilə aparan Nəhayət xanım daima öz vətənpərvər addımları ilə seçilməkdədir.
Nəhayət xanım həmdə həvəskar şairədir. Onun oxucularla ilk görüşü olan "Gözün aydın Xarı Bülbül"adlı kitabı işıq üzü görmüşdür. Ailəlidir və 3 övlad anasıdır.
Bu gün isə bizim müsbət qəhrəmanımızın doğum günüdür.
Bu münasibətlə rəhbərliyimiz və bütün kollektivimiz adından Nəhayət xanımı təbrik edir, ona möhkəm can sağlığı, bol -bol uğurlar arzu edirik. Daima üzünüz gülsün dəyərli əməkdaşımız, qələm dostumuz, 100 yaşayın!
"Vətənim-Azərbaycandır.az" kollektivi
Çinarə Cənnətova