Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Uşaqlara kalsium nə zaman verilməlidi

Uşaqlara kalsium nə zaman verilməlidi
22-12-2021, 18:24 176 dəfə baxılıb

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov uşaqlara göstəriş olmadan kalsium preparatının təyin edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, o, bu barədə nazirliyin instaqram səhifəsində canlı yayım zamanı bildirib.
“Mən dərman vasitələrinin ancaq ehtiyac olduğu halda uşağa verilməsinin tərəfdarıyam. Bunun səbəbləri var. Kalsium metabolizmasını bilmədən bu dərmanları verdiyimiz zaman kalsiumun təsiri uşaqlarda normadan yuxarı ola bilər. Qanda kalsiumun normasını ölçmədən kalsium təyin etdiyimiz zaman bəzi uşaqlarda hiperkalsemiya yarana bilər”.
Həkim bildirib ki, kalsium artıqlığı böyrəklərdə duzlaşma və daş əmələ gətirir: “Ümumiyyətlə, dərman uşaqlara əsaslı şəkildə verilməlidir. Mən həkim kimi lazımsız kalsi istifadəsinin əleyhinəyəm. Yalnız hansısa uşaqda kalsium azlığı varsa, bu, ancaq həkim məsləhəti ilə verilə bilər”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI