Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dünyanı düşündürən sual: Uşağa peyvənd vurulsun, yoxsa imtina edilsin? - AÇIQLAMA

Dünyanı düşündürən sual: Uşağa peyvənd vurulsun, yoxsa imtina edilsin? - AÇIQLAMA
16-10-2021, 19:43 223 dəfə baxılıb

Dünyanı düşündürən sual: Uşağa peyvənd vurulsun, yoxsa imtina edilsin? - AÇIQLAMA 
“Heç bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatının icazəsi alınmadan vurula bilməz.

Peyvəndi istehsal etmək və satışı üçün prosedur qaydaları var. Odur ki, peyvənd vurdurulmasından ehtiyat etmək lazım deyil”.

Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib.

Onun sözlərinə görə, körpələrə peyvəndlər mütləq vurulmalıdır:

“Azərbaycanda peyvənd vurdurmayan ailələr var. Bəzən şayiələr səsləndirilir. Valideynlərə səslənirəm ki, bu kimi yalan sözlərə inanmayın”.

Azərbaycanda körpələrin peyvəndlənməsi tez olsa da, icazə verilən yaş məhdudiyyəti olan uşaqların, yəni 12-15 yaşlıların valideynləri nə üçün onların peyvəndlənməsini istəmir, bundan çəkinir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kamilə Əliyeva yaşlı insanlarla da vaxtilə oxşar halın yaşandığını, yəni peyvəndlənməyə qarşı inamsızlığın olduğunu qeyd edib:

Naviqasiya

"Məhz pandemiyanın ilk vaxtlarında COVID-19 infeksiyasına əsasən, 50 yaşından yuxarı şəxslər tutulurdu. Sonradan yoluxanlar arasında yaş həddi aşağı düşdü.

İndi isə uşaqlarda, hətta Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 1 yaşadək olan uşaqlarda da koronavirusa tutulma ehtimalları var. Bu virusun mutasiyaya uğraması və yeni ştammların yaranması ilə əlaqədardır. Kütləvi informasiya vasitələrində də görürük ki, orta məktəblərdə şagirdlər arasında da virusa yoluxma hallarına təsədüf edilir".

Deputat bildirir ki, peyvəndin vurulmasından ehtiyat etmək lazım deyil:

"Çünki peyvənd istehsal edən dövlət bu preparatı hazırlayarkən, satışına icazə verilməsi üçün bir sıra proseduralardan keçirdir. Peyvəndlər adətən inkişaf etmiş ölkələrdə hazırlanır. Müəyyən mərhələlərdən keçəndən sonra istehsal olunur.

Bu gün Azərbaycana məhz yüksək keyfiyyətli vaksinlər idxal edilir. Ona görə də vaksinlərdən ehtiyat etmək lazım deyil. Bildiyimiz kimi, 12-15 yaşlı uşaqlar arasında da peyvəndlənməyə icazə verilib. Amma bu hər iki valideynin razılığı olması şərti ilədir".

Kamilə Əliyeva valideynlərin övladlarını peyvənd etdirməkdən nə üçün çəkindiklərinə də münasibət bildirib:

"Peyvəndlənməyə ilk başlananda böyüklər arasında da müəyyən qədər "axsama" vardı. Yəni bəzi insanlar peyvəndlənmək istəmirdi, qorxurdu, çəkinirdi. Amma bu haqda KİV-də sosial çarxlar hazırlandı, peyvəndin əhəmiyyəti, vacibliyi barədə məlumatlar verildi. İnsanlar maarifləndikdən sonra özləri şüurlu sürətdə böyük məmnuniyyətlə peyvəndlənmək üçün müraciət etməyə 
Doğrudan da peyvəndin hər iki dozasını qəbul edənlər xəstələnsələr belə, bunu çox yüngül formada kecirtdilər. Uşaqlar arasında peyvəndlənməyə dair böyük təbliğatın aparılmasına ehtiyac var. Səhiyyə Nazirliyi, TƏBİB və bu sahədə çalışan insanlar geniş təbliğat işi aparmalıdırlar. Valideynlərə peyvəndin vacibliyini təbliğ etməlidirlər".

Millət vəkili əlavə edib ki, peyvəndin uşaqlarda hansı yan fəsadlar yarada biləcəyi və ya bilməyəcəyi barədə məlumatlar verilməlidir:

“Həqiqətən də geniş, elmi baxımdan əsaslı faktlar dedikdə, insanlar övladlarının böyük məmnuniyyətlə peyvəndlənməsinə razı olacaqlar".

Şəlala Babayeva
Cebhe.info

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI