Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Vaksin çatışmazlığı ilə bağlı heç vaxt problem yaranmayıb” - Kamilə Əliyeva

“Vaksin çatışmazlığı ilə bağlı heç vaxt problem yaranmayıb” - Kamilə Əliyeva
8-04-2021, 19:52 335 dəfə baxılıb


Ana səhifə
  /  Gündəm

“Vaksin çatışmazlığı ilə bağlı heç vaxt problem yaranmayıb” - Kamilə Əliyeva



15:00


“Bir ildən çoxdur deyirik ki, virusdan qorunmağın üç qızıl şərt var: sosial məsafə, gigiyenik təmizlik və maska. Amma virus əleyhinə vaksin istehsal olunandan sonra bu çağırışlarla yanaşı, peyvəndə olunmaq da qızıl şərt hesab olunur. Vaksin olunmaq virusdan qorunmaq deyil, pandemiyanın bitməsi üçün zəruri vasitədir”.
Bunu Teleqraf.com-a Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, epidemiyanı az itkilərlə başa vurmaq, normal həyata qayıtmaq istəyiriksə, insanlarımız könüllü şəkildə vaksin olunmalıdır: “Peyvənd insanı, onun yaxınlarını xəstəliyin ağır gedişatından və ölümdən qoruyur. Koronavirus digər viruslar kimi, bundan sonra da təbiətdə mövcud olacaq. İnsanlarda kollektiv immunitet yaranandan sonra koronavirus digər yoluxucu respirator xəstəliklərdəki viruslar kimi qorxulu olmayacaq.
Kollektiv immunitetin yaranması üçün də əhalinin 65-70 faizi peyvəndlənməlidir. Ölkəmizdə bu günədək vaksinasiya işləri çox uğurla davam etdirilir. Sevindirici haldır ki, əhalimiz vəziyyəti düzgün qiymətləndirməyi bacarır və könüllü vaksin vurdurur”.
Kamilə Əliyevanın sözlərinə görə, Azərbaycanda vaksin çatışmazlığı ilə bağlı heç vaxt problem yaranmayıb: “Prezident İlham Əliyevin qabaqlayıcı tədbirlər görməsi nəticəsində bu gün ölkə əhalisini vaksinlə təmin edən ilk dövlətlər sırasındayıq. Bu gün ölkəmizdə kifayət qədər ehtiyat peyvənd var. Güman edirəm ki, yaxın aylada 60-70 faiz peyvəndlənməni uğurla yekunlaşdıracağıq”.
Müsahibimiz deyir ki, vaksin vurulan şəxslərə pasportların verilməsi son zamanlar müzakirə olunan ən aktual məsələlərdən biridir: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) da mövqeyi ondan ibarətdir ki, insanların hüquqlarını məhdudlaşdırmaq olmaz. Nəzərə alsaq ki, bütün insanlar eyni hüquqa malikdir, vaksin vurdurmaq hüququ da könüllülük prinsipinə əsaslanmalıdır.
Vaksin vurulmuş insanlara xüsusi imtiyazların edilməsinə gəlincə, bu, Operativ Qərargahın səlahiyyətlərinə aid olan məsələdir. Fikrimcə, insanlarımız vaksinasiya prosesində aktiv iştirak edərək həm özlərini, həm yaxınlarını bu xəstəlikdən sığortalaya biləcəklər. Bu mənada vaksinasiya çox vacibdir”.
Kamilə Əliyeva Prezident İlham Əliyevin ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında keçirilən görüşünə də toxunub: “Ölkə başçısı peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırdı. ÜST sədri də ölkə başçımızın söylədiklərini təsdiqlədi və hazırda dünyada vaksinlə bağlı böyük problemlərin yarandığını qeyd etmişdi. ÜST sədri eyni zamanda Azərbaycan Prezidentinin ilk gündən təşkilata göstərdiyi köməyə görə təşəkkürünü bildirdi və ölkəmizin bu sahədə apardığı işləri yüksək qiymətləndirdi.
İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi, BMT-nin növbədənkənar iclasının çağırılmasının təşəbbüsçüsü olub. Sessiyada prezident bütün dünya liderlərinə, o cümlədən BMT rəhbərliyinə karonavirusa qarşı vaksinlərin ölkələr arasında ədalətli bölünməsini xüsusilə vurğulamışdı. Cənab prezidentimiz digər çıxışlarında da vaksinlərin dövlətlər arasında ədalətli bölünməməsi haqqında çıxışlar etmişdi. Bu da ölkə başçımızın dünyada necə haqq-ədalət tərəfdarı olmasının və insanpərvərliyinin bir təzahürüdür”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI