Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanda əhalinin 60 faizindən çoxu vaksin olunub”

Azərbaycanda əhalinin 60 faizindən çoxu vaksin olunub”
18-12-2021, 23:19 125 dəfə baxılıb

“Azərbaycanda ümumi əhalinin 60 faizindən çoxu vaksinasiyaya cəlb olunub. Bu da bizə imkan verir ki, istənilən halda gələcəkdə vaksinasiyanın uzun nəticələrinə əsaslanaraq, ölkəmizdə virusun yayılmasının tam nəzarətə alınmasını düşünək”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu AZTV-nin efirində yayımlanan “Hədəf” verilişində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.
T.Musayev qeyd edib ki, pandemiya dalğaları mövcuddur və həmin dalğalar müxtəlif tezliklərlə ayrı-ayrı ölkələrdə qeydə alınır:
“Bu da imkan verir ki, həmin dalğaları erkən, öncədən yaşamış ölkələrin tibbi heyəti öz biliklərini digər ölkələrdəki əməkdaşlarla paylaşsınlar bölüşsünlər. Həmin təcrübələri transfer etsinlər. Nəticədə, bəşəri səviyyədə həmin xəstəliyin idarə edilməsində böyük irəliləyiş olur. Xüsusilə qeyd etmək istəyirəm ki, hazırda bu xəstəliyin mövcud olan yeganə effektiv idarəetmə üsulu vaksinasiyadır.
Vaksinlərin nə zaman istifadəyə veriləcəyi bəlli deyildi, amma artıq Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya strategiyası hazırlanmışdı. Bildiyiniz kimi cari ilin yanvar ayından  başlayaraq və  uğurla həyata keçirilən vaksinasiya kampaniyasında start verilib.
Azərbaycan vətəndaşları digər ölkələrin vətəndaşlarından fərqli olaraq vaksin seçimi imkanı əldə edib. Mövcud olan dörd platforma da Azərbaycanda təqdim olunur. Azərbaycan vətəndaşları, eyni zamanda, ölkəmizdə işləyən nüvəqqəti və daimi yaşayış icazəsi olan xarici vətəndaşlar belə vaksinasiya kampaniyasına qatılıb”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI