Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Virusun atası” mühakimə olunacaq:

Virusun atası” mühakimə olunacaq:
19-10-2021, 21:20 348 dəfə baxılıb

Qərb mətbuatı koronavirusun sintezinin ABŞ-da böyük nüfuzu olan tibb müəssisələrinin və xüsusi xidmət servislərinin sifarişi ilə edildiyi qənaətinə gəlib; "Ölkə.az" "musavat.com"a istinadla bildirir ki, iddialara görə, bu bəşəri cinayətin əsas himayədarları rolunda çıxış edən bəzi nəhəng tibbi sığorta şirkətləri COVİD-19 ucbatından həyatını itirən yüzminlərlə yaşlı insanla bağlı öhdəliklərindən xilas olublar...
Koronavirus ətrafında yaranmış müəmmalı vəziyyət davam edir. Bu qorxunc virusun peyda olmasından sonra onmilyonlarla insan yoluxub, milyonlarla insan həyatını itirib. Dünya iqtisadiyyatına yüzmilyardlarla dollar ziyan dəyib.
Ən əsasısa, dünyada insanların vərdiş etdikləri həyat tərzi dəyişib. Yeni həyat şərtləri isə istənilən insan üçün təhlükə mənbəyi olaraq, qalmaqdadır. Və yəqin ki, yaxın gələcəkdə bəşəriyyətə vurulan zərbə daha dərindən araşdırılacaq, nəyin, necə baş verdiyi dəqiqləşdiriləcək.

Ancaq hələlik əsas sual ondan ibarətdir ki, COVİD-19 təbiət də mövcud olub, yoxsa onu insan yaradıb və yayıb. Hazırda b usual ətrafında ciddi mübahisələr mövcuddur. Son dövrlərə qədər ABŞ bu virusun bütün dünyaya yayılmasına görə məhz öz əsas beynəlxalq düşməni olan Çini ittiham edirdi. Hətta Ağ Ev dünya iqtisadiyyatının bu virus ucbatından üzləşdiyi ziyanın Çin tərəfindən ödənməsini tələb edirdi.
Ancaq rəsmi Pekin bu ittihamlarla razılaşmırdı. Çin də koronavirusun icad olunması ilə bağlı ABŞ-a qarşı alternativ ittihamlar irəli sürürdü. Rəsmi Pekin iddia edirdi ki, bu virus ABŞ xüsusi xidmət servislərinin gizli laboratoriyalarında yaradılaraq, dünyaya məqsədyönlü şəkildə yayılıb. Və bu virus birmənalı şəkildə bioloji silah xarakteri daşıyır.
Təbii ki, bu iki nəhəng dövlətin – ABŞ və Çinin bir-birinə yönəldiyi bəşəri ittihamlarda hansı tərəfin haqlı olduğu tam şəkildə məlum deyil. Ancaq artıq koronavirusun insan icadı olduğuna qətiyyən şübhə yeri qalmayıb. İndi hər kəs bu virusun gizli laboratoriyalarda hazırlanaraq, hansısa müəmmalı məqsədlərlə dünyaya yayıldığına inanır.
Digər tərəfdən nə qədər gözlənilməz olsa da, son vaxtlar koronavirusun icad edilməsi ilə bağlı ittihamlar artıq konkretləşməyə başlayıb. Belə ki, konkret şəxslər və bu sahədə fəaliyyət göstərən nəhəng şirkətlər ciddi şübhə altına düşüblər. Onlar bu yoluxucu virusun yaradılmasında suçlanırlar.
Məsələ ondadır ki, koronavirusu icad edən şəxslər yaxın vaxtlarda məhkəmə qarşısına çıxarıla bilərlər. Qərb mətbuatında yayılan məlumatlara görə, artıq konkret ittihamlar üzrə bəzi şəxslərin mühakimə olunmasına ciddi hazırlıq prosesi başlayıb. ABŞ-da ictimai ittiham qaydasında doktor Fauçinin mühakimə oluna biləcəyi iddia olunur.
Doktor Fauçi ABŞ Alergiya və İnfeksion Xəstəliklər Milli İnstitunun direktoru vəzifəsində çalışır. O, yarasalarda olan koronavirusla bağlı genetik eksperimentlərin maliyyələşdirilməsini təşkil edib. Nəticədə dünyada pandemiyaya səbəb olmuş insanlar arasında ifrat yoluxucu COVİD-19 yaradılıb.
Amerika cəmiyyətində “Ölüm doktoru” kimi məşhur olan doktor Fauçiyə qarşı hazırlanmış ittiham aktında ciddi faktlar toplanıb. Həmin faktlara əsasən doktor Fauçinin rəhbərliyi altında bəşəriyyətə qarşı törədilən cinayətin detallarına aydınlıq gətirilir.  
Məlum olub ki, doktor Fauçi insanlar arasında yoluxucu koronavirusun yaradılması məqsədilə biomühəndislik araşdırmalarının maliyyələşdirilməsinə qərar verib. Onun bu qərarı nəticəsində əvvəlcə ABŞ dövlət büdcəsindən 4 milyin dollardan çox maliyyə vəsaiti ayrılıb. ABŞ-ın keçmiş prezidenti Barak Obama 2014-cü ildə bu araşdırmaları qadağan etsə də, doktor Fauçi hansısa əlaqələrin sayəsində ölkənin dövlət büdcəsindən daha 600 min dolların həmin məqsədə yönəldilməsinə nail olub. 
Maraqlıdır ki, koronavirusun yaradılması üçün genetik materiallar Pentaqona və ABŞ xüsusi xidmət servislərinə aid olan bioloji silahın icad edilməsi ilkə məşğul olan biolaboratoriyalardan götürülüb.
Ancaq qəribə də olsa, son vaxtlara qədər doktor Fauçinin koronavirusun yaradılması prosesi ilə bağlılığını ABŞ hökumətindən gizlədə bildiyi də vurğulanır. O da bildirilir ki, doktor Fauçi ABŞ cəmiyyətini yanıldalaraq, vaksin hazırlamaq üzrə istisaslaşmış nəhəng dərman şirkətlərinin maraqlarını təmsil edib. Belə ki, onun tərəfindən koronavirusun müalicəsi ilə bağlı təklif olunan metodologiya effektsiz olsa da, bahalıdır, vaksin hazırlayan nəhəng şirkətlərə böyük gəlirlər qazandırır.
Hazırda bütün bu faktlara istinad edən Qərb mətbuatı koronavirusun sintezinin ABŞ-da böyük nüfuzu olan tibb müəssisələrinin və xüsusi xidmət servislərinin sifarişi olduğu qənaətinə gəlib. Qərb mətbuatının iddialarına görə, bu bəşəri cinayətin əsas himayədarları rolunda nəhəng tibb müəssisələri, eləcə də, tibbi sığorta şirkətləri çıxış ediblər. Həmin şirkətlər COVİD-19 ucbatından həyatını itirən yüzminlərlə yaşlı insanla bağlı öhdəliklərini icra etmək məcburiyyətindən xilas olublar.
Ancaq bütün bunlara baxmayaraq, məhkəmə prosesinin nəticələrinin Çinə qədər uzanacağı ehtimal olunur. Çünki bəzi iddialara görə, virusun yaradıcıları onu dünyaya məhz Çin üzərindən yaymağa üstünlük veriblər. Ona görə də, hazırda Çindəki laboratoriyadan virusun təsadüfən deyil, məhz məqsədyönlü şəkildə sızdırılaraq, insanlara yoluxdurulduğu iddia olunur.
Əlbəttə ki, hələlik bu bəşəri cinayət ətrafında müəmmalar qalmaqdadır. Sadəcə, koronavirusun insanın icad etdiyi bioloji silah olduğu barədə qənaət artıq heç kimdə ciddi şübhələr doğurmur. Ona görə də, hesab etmək olar ki, “ölüm doktoru” üzərində qurulacaq məhkəmə prosesi virusun mənşəyi ilə bağlı bir çox sirrin üstünü açacaq və bu bəşəri cinayətin günahkarlarının ortaya çıxarılaraq, cəzalanması ilə nəticələnəcək.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI