Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan tarixinin Heydər Əliyev dövrü.

Azərbaycan tarixinin Heydər Əliyev dövrü.
11-12-2021, 22:39 319 dəfə baxılıb

 Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, böyük siyasətçi, müdrük insan, ən gözəl xüsusiyyətləri ilə milyonların qəlbində əbədi yaşar Ulu öndərimiz Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.Heydər Əliyevin yaşamınln əsas qayəsi milli dövlətçilik idi.Ulu Öndərin idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.
 Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
  Bu dövlətin bütün uğur meyarları, yüksəliş pillələri, davamlı və dayanıqlı inkişafının təməl prinsipləri məhz Ulu Öndərimiz Heydər Əliyevin ağıllı və uzaqgörən siyasətinin bariz nümunəsidir.
Heydər Əliyev diplomatiyası gələcək nəsillərə bir həyat dərsi, həyat məktəbidir.Gəlin qısa da olsa nəzər salaq bu səlnaməyə. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir.Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.Azərbaycan Heydər Əliyevin fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.Ulu Öndər Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzər və diqqətinə çatdırmışdır.
  Heydər Əliyevin azərbaycançılıq məfkurəsi bu istiqamətin əsas meyarı olmuşdur.Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.
Əslində dahi Ulu Öndərimizin həyat yolu haqqında uzun uzadı danışmağa, yazmağa spzümüz, söhbətimiz vardır.
Bəlkə də bu gün çox insanın ürəyindən kaş ki, sağ olaydı və memarı olduğu bu məmləkətin uğurlu yüksəlişinə şahidlik edərdi.30 illik həsrətin Zəfər adlı sonuna  gürurlanardı. Onun ürəyində  niskil olaraq qalan Qarabaq yarası Xarı bülbül çiçəyinin məlhəmi ilə sağaldı.Ulu Öndərimizin layiqli davamçısı, "Mən ona özüm gədər inanıram" deyə siyası arena üçün yetişdirdiyi  mükəmməl lider İlham Heydər oğlu Əliyev 30 ildən bəri davam edən Qarabağ acısına son qoydu.Azərbaycan qalib oldu, Zəfər qazandı. Biz artıq qalib ölkənin azad vətəndaşlarıyıq. Kaş ki, bu xoşbəxtliyi Ulu öndərimizə də görmək nəsib olardı. 
Amma hamımız bilirik ki, Heydər Əliyev yalnız cismani olaraq bizi tərk etmişdir.
Məkanın nurlu olsun böyük siyasət adamı!
Ruhun şad olsun Ulu Öndərim!

Nəhayət Şirinova
İctimaiyyətçi.
"Vətənim-Azərbaycandır".az xəbər portalının  şimal zona üzrə nümayəndəsi.
AJB-nin üvü, "Qızıl Qələm", "Araz" alı mükafatı laureatı.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI