Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Gəliri 500 manatdan aşağı olan şəhid ailə üzvlərinə kömək edilir”

“Gəliri 500 manatdan aşağı olan şəhid ailə üzvlərinə kömək edilir”
8-12-2021, 14:26 224 dəfə baxılıb

“Hazırda “YAŞAT” Fondunun balansında 15 milyondan artıq xərclənməmiş vəsait var”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında Fondun rəhbəri Elvin Hüseynov bildirib.
O qeyd edib ki, artıq 49 milyondan çox vəsait 4 fəaliyyət istiqamət üzrə xərclənib:
“Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN  məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 15 433 079.57  təşkil edir. Xərclənən vəsaitdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə: 32 477 789.50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri: 458 478.51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması: 5 432 716.49 AZN, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üzrə isə  11 128 461.65 AZN vəsait xərclənib”.
E. Hüseynov qeyd edib ki, ümumilikdə 154 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 115-si ölkəyə geri qayıdıb. Hazırda 39 ağır yaralının müalicəsi Türkiyədə davam edir. YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib.
Fond rəhbərinin sözlərinə görə, Azərbaycanın ilk şəhidindən son şəhidinə, ilk müharibə əlilindən sonuncuya qədər  “YAŞAT” Fondunun vəsaitlərindən yaralana bilər: “Tibb istiqaməti üzrə artıq 6 aydan çoxdur ki, I Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları da bizə müraciət edirlər və onların tibbi xərcləri ödənilir”.
O qeyd edib ki, artıq məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da həmin kateqoriyadan olan şəxslərə köməklik olunur. Aylıq gəliri 500 manatdan aşağı olan  şəhid ailə üzvlərinə kömək edilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI