Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

14:37 - Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir

20:31 - Prezident: “Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir” - VİDEO

20:30 - İlham Əliyev: “Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq”

20:22 - İlham Əliyevin “Xarıbülbül” Festivalının açılışındakı çıxışının tam mətni - YENİLƏNİB + FOTO/VİDEO

18:10 - Prezident və xanımı Şuşada Mamayı məscidinin açılışında iştirak ediblər - FOTO

18:05 - İlham Əliyev Köndələnçay su anbarları kompleksinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO

19:03 - Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

19:00 - Baqratı İrəvana çəkən səbəblər - TƏHLİL + FOTO

18:59 - DİN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO

18:47 - Ordu quruculuğunun inkişafı Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil etmişdir.

15:40 - Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək

15:39 - Prezidentin təltif etdiyi mədəniyyət və incəsənət xadimləri DANIŞDILAR - FOTO

21:55 - Uzun illər öncə Xəzərdə batmış gəminin dənizdən çıxarılması prosesi - FOTOREPORTAJ + VİDEO

21:47 - Milli Məclisin sədri Bolqarıstan Prezidenti ilə görüşüb - FOTO

21:37 - Qəbiristanlıqlarda qanunsuz torpaq alveri gedir - Xəbərlərin 20:00 buraxılışı

Bu ölkələrdən idxala qadağa qoyuldu.

Bu ölkələrdən idxala qadağa qoyuldu.
2-12-2021, 22:26 135 dəfə baxılıb

Rusiyanın Başqırdıstan Respublikasında nodulyar dermatit, Fransanın O-de-Frans regionunda, Xorvatiyanın Sisaçko-Moslavaçka inzibati ərazi vahidində, İranın Ərdəbil əyalətində, Macarıstanın Haydu-Bihar və Sabolç-Satmar-Bereq inzibati ərazi vahidlərində, İngiltərənin Cənub-Qərbi İngiltərə, Şərqi Midland və Şimali Yorkşir regionlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Rusiyanın Başqırdıstan Respublikasından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların, Fransanın O-de-Frans regionundan, Xorvatiyanın Sisaçko-Moslavaçka inzibati ərazi vahidindən, İranın Ərdəbil əyalətindən, Macarıstanın Haydu-Bihar və Sabolç-Satmar-Bereq inzibati ərazi vahidlərindən, İngiltərənin Cənub-Qərbi İngiltərə, Şərqi Midland və Şimali Yorkşir regionlarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiyadan, Fransadan, Xorvatiyadan, İrandan, Macarıstandan və İngiltərədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI