17:31 - Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
17:25 - Təhsil İnkişaf Forumunda Vacib Mövzular Müzakirə Edildi
21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Muxtar respublikada iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayı 10 il ərzində 20 faizədək artıb
Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzinin yaradılması və mərkəzdə yeni infrastruktur obyektlərinin inşa olunması heyvandarlığın inkişafına öz töhfəsini verib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2021-ci ilin yanvar-may aylarında muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 5219 baş inək, düyə və camış süni yolla mayalandırılıb. Ötən il mayalandırılmış inək, düyə və camışlardan 5095 baş sağlam bala alınıb.
Həyata keçirilən dəstəkləyici tədbirlər iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının dinamik artımını təmin edib, 1 aprel 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 125 min 305 baş, xırdabuynuzlu heyvanların sayı isə 784 min 27 baş olub ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəriciləri müvafiq olaraq 16,6 və 20 faiz üstələyib.