Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əkiz şəhid qardaşların ailəsi ilə bağlı - Rəsmi açıqlama

Əkiz şəhid qardaşların ailəsi ilə bağlı - Rəsmi açıqlama
27-11-2021, 13:38 192 dəfə baxılıb

Ağdamın Çullu kəndindən şəhid əkiz qardaşlar - Tacir və Nazir Allahverdiyevlərin ailəsinin şəraitsiz evdə yaşaması ilə bağlı məlumat vermişdik. Şəhidlərin bacısı Şəmsiyyə Allahverdiyevanın illərdir yataq xəstəsi olduğu, I qrup əlil kimi 278 manat pensiya və 50 manat xəstəyə baxıma görə pul aldığı bildirilirdi. 

Şəhidlərin qardaşı Ceyhun Allahverdiyev saytımıza açıqlamasında bu məbləğin az olduğunu, xəstənin  dərman və digər xərclərini ödəmədiyini bildirmişdi. O həmçinin dözülməz şəraitdə, iki otaqdan ibarət daxmada 6 nəfərlik ailənin yaşadığını qeyd etmişdi. Şəhid qardaşının sözlərinə görə, evləri şəraitsiz olsa da, aidiyyəti dövlət orqanları tərəfindən onlara indiyə qədər ev tikintisi ilə bağlı hər hansı köməklik olunmayıb. 
Problemlə bağlı Dövlət Sosial Müdafiə Fondundan “Qafqazinfonun”nun sorğusuna cavab verilib. Bildirilib ki, Ağdam rayon sakini Şəmsiyyə Allahverdiyevaya I dərəcə əlilliyə görə aylıq müavinət (150 manat) və Prezidentin aylıq təqaüdü (130 manat), ona qulluq edən anasına buna görə aylıq təqaüd (50 manat) verilir: “Anası həmçinin iki əkiz övladı -Tacir və Nazir Allahverdiyevlər Vətən müharibəsində şəhid olduğu üçün Prezidentin aylıq təqaüdü (hər bir şəhid üçün aylıq 500 manat olmaqla aylıq 1000 manat) ilə təmin olunur.  Fonddan həmçinin bildirilib ki, şəxs I qrup müharibə əlili olduqda ona Prezidentin təqaüdü olaraq aylıq 400 manat təqaüd və əlilliyə görə pensiya ödənilir”.

Şəhid ailəsinin mənzillə təminatı məsələsinə gəldikdə isə, Fonddan bildirilib ki, şəhid ailələri və müharibə əlilləri yaşayış sahəsinə ehtiyacı olan şəxslər qisminə yaşadıqları rayon və ya şəhər icra hakimiyyətində növbəyə götürülür və qeydiyyatda olduqları şəhər və ya rayonda mənzillə, fərdi evlə təmin olunurlar.
Qeyd edək ki, Nazir və Tacir Allahverdiyev qardaşları 2001-ci il aprelin 20-də Ağdamın Çullu kəndində anadan olublar. Bir yerdə məktəbə gedən qardaşlar hərbi xidmətə də bir yollanıblar. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda onların tərxis olunmalarına cəmi 3 gün qalmışdı. Tacir və Nazir Allahverdiyevlər Vətən müharibəsi zamanı  döyüş tapşırıqlarını yerinə yetirən zaman - 24 oktyabrda Füzuli-Cəbrayıl-Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Döyüşdə göstərdikləri qəhrəmanlığa görə  "Vətən uğrunda" medalı ilə təltif olunublar.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI