21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Şəhid ailəsi niyə şəraitsiz evdə yaşayır? - Fotolar
Sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi İbrahimli Qəşəm Süleyman oğlunun ailəsinin yaşadığı evin görüntüləri yayılıb. Ağdamın Xındırıstan kəndində yerləşən və cəmi bir otaqdan ibarət olan evdə yaşamaq üçün şəraitin olmadığı bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı paylaşım edən QHT rəhbəri Hafiz Həsənovun sözlərinə görə, birotaqlı evin döşəməsi də torpaqdandır: “Zirzəminin bir hissəsində ailəsi yeganə oğul övladı olan şəhid Qəşəm İbrahimlinin döyüş şəkillərindən ibarət guşə yaradıb. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı şəhidin dəfnində və yas mərasimlərində iştirak edərkən şəhid ailəsinin yaşadığı bu acınacaqlı vəziyyəti görüb. Lakin indiyədək şəhid ailəsinin normal yaşayış evi ilə təmin edilməsi haqda tədbir görməyib”.
“Qafqazinfo” yayılan görüntülərlə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili Şöbəsinin müdiri, ehtiyatda olan polkovnik-leytenant Xaliq Hüseynovla əlaqə saxlayıb. O, ailənin probleminin İcra Hakimiyyətinin nəzarətində olduğunu və qısa zaman ərzində onlara ev inşa ediləcəyini bildirib: “Şəhid Qəşəm İbrahimlinin ailəsi Ağdamın Əlimədətli kəndindən məcburi köçkün düşərək Xındırıstanda məskunlaşıb. İcra başçısı dəfələrlə onlara baş çəkib, ailənin problemləri ilə maraqlanıb. Ailəyə Quzanlıda ev təklif edilsə də, hazırda yaşadıqları ərazidə heyvandarlıqla məşğul olduqlarına görə imtina ediblər.
Şəhid ailəsi üçün elə yaşadığı evin həyətində yeni ev tikintisi ilə bağlı qərar verilib. Hazırda tikinti briqadalarımız bir neçə şəhid ailəsinin evində təmir işləri aparır. Təmir bitən kimi, qısa zaman ərzində şəhid Qəşəm İbrahimlinin ailəsi üçün ev inşa olunacaq”.
Qeyd edək ki, Qəşəm İbrahimli 20 dekabr 1995-ci ildə Ağdam rayonu Xındırıstan kəndində anadan olub. 9 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə Suqovuşanın azad olunması zamanı qəhrəmancasına şəhid olub. Döyüşdə göstərdiyi xidmətlərə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Gülnar Əliyeva