18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
Kəlbəcər başdan başa zənginlikdir!
Doğru və məntiqli bir deyim yadıma düşdü: İnsana həyatı yaşadığları öyrədir.
Buna hər keçən gün bir daha əmin oluram.
Bir neçə illər öncə çalışdığım müəsisədə yazı işləyirdim. Və burada toponimlərə, oykonimlərə rast gəldim, yəni yazı toponimlər haqqında idi. Çox marağımı çəkdi və davam etdikcə bu anlayışı özüm üçün açmağa başladım.Və Qarabağ zonası ilə başladım öyrənməyə.Bu diyarın, bu torpaqlrın nə qədər zəngin olduğuna bir daha əmin oldum və sanki kəşf etdim.
Həmən o yurd yerlərindən biri də Kəlbəcər rayonu idi.O, Kəlbəcər ki, başdan-başa zənginlikdir.
Qısa ekskursiya edək bu zənginliyə.
Kəlbəcər rayonu 1930-cu il 8 avqust tarixində Kəlbəcərə inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Çox əfsuslar olsun ki, bu gözəlliyin taleyinə 30 illik əsirlik yazılmışdır. Əsrlərlə davam edən erməni düşmənçiliyinin, erməni qəsbkarlığının qurbanlarından biri də Kəlbəcər rayonu oldu. Acgözlüklə Azərbaycan torpağlarına susayan mənfur düşmən 1993-cü il 2 aprel tarixində Kəlbəcər rayonunu işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
Çox böyük ürək ağrısı ilə xatırladığımız bir tarixdir.Təkcə Kəlbəcərin deyil, bu acı tayeyi yaşayan rayonların sıralaması bir xeyli vardır.
Məsələ orasındadır ki, bütün bunlara dünya ictimaiyyəti də göz yumurdu.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olundu.Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
Bu isə birbaşa torpağları işqala məruz qalan bir ölkə üçün qərəzli yanaşma olduğunu hər kəs sezirdi.
Çox şükürlər olsun ki, 30 il sonra, Azərbaycan öz haqq savaşına imza,atdı.Güclü lider, yenilməz sərkərdə, Cənab Ali Baş Komandanımızın başçılığı altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük haqq ədalət savaşı, əks hücum əməliyyatların start verildi.
Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Prezident İlham Əliyevin dediyi kimi:- “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”
Var ol Cənab Ali Baş Komandanımız.Xalqımıza bu sevincli günləri nəsib etdiyiniz üçün.
Boyük qürur hissi ilə geyd edim ki, 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı.
Bu xalqımıza böyük gürur yaşadan olay düşmənə göz dağı idi. Bu belə də olmalı idi. Azərbaycan gec-tez öz ərazi bütövlüyünü təmin edəcəyini dəfələrlə bəyan etmişdi və etdi də. Şükürlər olsun ki, üçboyalı Azərbaycan Bayrağı bu tarixi torpağlarımızda daığalanır. Qarabağımız azaddır! Cənab Prezidentimizin şüarı hər birimizin stimuludur.
QARABAĞ AZƏRBAYCANDIR!
????????????????????????????????
Nəhayət Şirinova
İctimaiyyəti
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır.az xəbərlər portalının şimal zonası üzrə nümayəndəsi