Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

QUBADLIMIZIN ZƏFƏR GÜNÜ!

QUBADLIMIZIN ZƏFƏR GÜNÜ!
25-10-2021, 16:29 1 424 dəfə baxılıb

Qubadlı rayonundan bəhs edəcəm sizə...O, Qubadlı ki,yaşından daha çox olub yaşadığları. Azərbaycanımızın ən gözəl rayonlarından biri olub, ən zəngin detalları ilə daima fərglənməyi bacarıb. İstər coğrafi mövqeyi, istər insanları, istər zəngin mətbəxi, istərsə də adət ənənələri, milli- mental dəyərləri ilə. Əfsuslar olsun ki, bu gözəllik, incəlik, ülvilik dolu cənnət məkanın taleyinə 30 illik əsirlik həyatı da  həkk olunub...Xoşbəxtliyindən daha çox olub ağrı acıları. Kitablar yazmağ olar bu ağlı-qaralı, keşməkeşli Qubadlı dastanından. Gəlin Qubadlımız qısa bir ekskursiya edək.Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbində yerləşir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s. axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir.    Əfsuslar olsun ki, bu gözəllik dolu diyar mənfur erməni təcavüzkarları tərəfindən darma-dağın edildi. 30 il əsarət altında galdı. Meşələri qırıldı, evləri, ümumilikdə yaşayış məskənləri yandırılıb məhv edildi. Sadalağımız bütün amilləri bizlərə 30 ildir Qubadlısız gözü yaşlı, ürəyi niskilli qalmış Qubadlılılar vəsf edirdi.
44 möcüzəli gün və ismi "Dəmir yumruğ"olan möhtəşəm hərbi əməliyyat nəticəsində Qubadlı rayonu  düşmən tapdağından azad edildi. Cənab Ali Baş Komandanımız, möhtərəm İlham Əliyevin     və müzəffər Azərbaycan Ordususunun bizlərə ərməğanı oldu bu möhtəşəm zəfərimiz, qələbəmiz!
  Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonar oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Hər azad olunan ərazinin şad müjdəsini isə ölkə başçımız Cənab Ali Baş Komandanlmızdan gözləyirdik. Hər kəs bu savaşın bir zərrəsinə çevrilmişdi.Hər kəsdə bir qürur hissi var idi. Uşaqdan böyüyə hamıda milli vətənpərvərlik duyğuları bitməz-tükənməz hala gəlmişdi. Bax o birliyimiz, bütövlüyümüz bizi bu möhtəşəm qələbə yoluna köklədi.
Biz nə gədər bəhs etsək də ermənistanın hərbi cinayətlərini sadalayıb bitirmək mümkünsüzdür. Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olurdu. Oğru və işğalçı erməni siyasəti  bilirdi ki, iflasa uğrayacaq, odur ki sanki o günlərini dəyərləndirməyə çalışırdılar.
 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdığından müjdə verirdi. Lakin bu döyüşlərdə itkilərimiz də çox oldu. Qubadlı uğrunda şiddətli döyüşlər zamanı   Azərbaycanımız şəhidlər verdi.əlbətdə ki, topaq əyər uğrunda ölən varsa vətəndir. Bax o deyimin bariz nümunəsi idi qanı, canı bahasına şəhadət zirvəsinə ucalan qardaşlarımız. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş neçə-neçə  igidin adını çəkmək olar.  Allah hər birinin məkanını cənnət etsin.Biz onların müqəddəs ruhları qarşısında daima baş əyirik.
 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan xalqı öz xilaskarlarını daima ürəklərində yaşadacaqdır. Bu yolda sağlamlığlarını itirmiş qazilərimiz var ki, onlara can sağlığı diləyirik.Dövlətimizin qayğısı daima onların üzərindədir. 
Yaşasın qüdrətli Azərbaycanımız!
Vətən daima adın  zirvələrdə olsun!!!
"Vətənim-Azərbaycandır.az"-ın Baş Redaktoru Kamran Orucov.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI