Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ADNSU-dakı tüstülənmə ilə bağlı açıqlama

ADNSU-dakı tüstülənmə ilə bağlı açıqlama
17-11-2021, 14:13 141 dəfə baxılıb

Sosial şəbəkədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ikinci tərdis korpusunda tüstülənmənin olması ilə bağlı məlumat yayılıb. Universitetin ikinci mərtəbəsini qatı dumanın bürüdüyü və tələbələrin təxliyyə edildiyi qeyd olunub.  

Universitetin Mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov “Vətənim-Azərbaycandır.az”a açıqlamasında tüstülənmənin zibil qutusunda baş verdiyini bildirib: "Universitetin ikinci korpusunda zibil qutusunun içindəki kağızlar tüstülənib və yarım dəqiqədən sonra tüstü kəsilib. Bu, tədris prosesinə mane olmayıb.
Tələbələr təxliyə edilməyib. Heç nəyə zərər dəyməyib. Hazırda tədris öz axarı ilə davam edir".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI