Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mirələmovu kim rüsvay etdi? - Görüntüləri bu şəxslərdən biri yayıb...

Mirələmovu kim rüsvay etdi? - Görüntüləri bu şəxslərdən biri yayıb...
24-04-2021, 19:50 436 dəfə baxılıb

Vetenim-Azerbaycandir.az
YAP Ağsaqqallar Şurasının üzvü, keçmiş deputat, yazıçı, 76 yaşlı Hüseynbala Mirələmovun əxlaqsız görüntülərinin sosial şəbəklərdə yayılması böyük rezonans doğurub. O, dərhal kafedra müdiri olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) uzaqlaşdırılıb, dünən isə hakim partiyadakı vəzifələrindən və üzvlükdən xaric edilib. Mirələmovun kəskin qınaq hədəfinə çevrilməsi onu köməksiz vəziyyətdə qoyub.
 
Maraqlıdır, keçmiş deputatın əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntülər sosial şəbəkələrə necə sızıb? Onun cəmiyyət qarşısında rüsvay olmasında və linc edilməsində kimlər maraqlı olub?
 
ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov mətbuata açıqlamasında bildirib ki, sözügedən görüntülər universitet daxilində deyil, kənar ofisdə çəkilib: "Bildiyimiz kimi, Hüseynbala müəllimin tək Azərbaycan Neft və Sənaye Universitetində deyil, digər yerlərdə də vəzifələri var idi. Həmin hadisə universitet daxilində baş verməyib. Digər iş yerlərinin birində baş verib. Hüseynbala müəllim bizdə kafedra müdiri idi, hazırda işindən azad olunub. Qeyd edim ki, videogörüntüdə yer alan qız da bizim universitetin işçi heyətindən deyil".
 
Apardığımız araşdırma zamanı məlum oldu ki, Mirələmovun qeyri-etik görüntüləri ADNSU-da çəkilməsə də, universitetin bu il yanvarın 27-də keçirilmiş Elmi Şurasının iclasında qeydə alınıb.
 
Həmin toplantıya H.Mirələmov və Şuranın başqa üzvləri fərqli yerlərdən, ofislərdən onlayn formada qatılıblar. ADNSU-nun saytında yerləşdirilən foto keçmiş deputatın internetdə yayılan kadrları ilə uyğunluq təşkil edir. Mirələmovun geyimi, onlayn iclasın iştirakçıları, onların dayandığı yerlərin arxa fonları eynidir.
 
Bəhruz Nəzərov "AzPolitika.info"-ya bu məlumatı təsdiqləyib.
 
Yanvarın 27-də keçirilən iclasda ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə koronavirus pandemiyası ilə bağlı son vəziyyət, eyni zamanda, ölkədə COVİD-19 pandemiyasının statistikası barədə danışıb.
 
Toplantı ilə bağlı saytda yerləşdirilən informasiyada H.Mirələmovun çıxış etdiyi yazılmayıb.
 
Beləliklə, məlum olur ki, sözgügedən video Elmi Şuranın iclasında iştirak edən şəxslərdən biri, yaxud da moderator tərəfindən çəkilib.
 
Mütəxəssislər bildirir "Zoom" proqramı vasitəsi ilə iştirakçılara dəvət göndərən şəxsin bir sıra əlavə imkanları var: o, iştirakçıların səsini bağlaya, foto, video qeydiyyatı götürmələrinə icazə verməyə bilər. Yəni texniki baxımdan onu məhdudlaşdıra bilər. Amma Elmi Şuranın iclasına iştirak edənlərə qarşı bu addımın atılması o qədər də ağlabatan görünmür.
 
Ehtimallardan biri odur ki, Mirələmovla yaxşı münasibətləri olmayan şura üzvlərindən biri bu görüntüləri qeyd alıb və bir müddət sonra internetdə yayıb.
 
Məlumatlı mənbədən sayta daxil olan məlumatda rektor Mustafa Babanlı ilə Hüseynbala Mirələmov arasında da münasibətlərin “soyuq” olduğu bildirilir.
 
Rektorun bir neçə dəfə keçmiş deputatı kafedra müdirliyindən uzaqlaşdırmağa cəhd etdiyi, ancaq "gücü çatmadığl" iddia olunur. Mirələmovun müxtəlif vasitələrlə postunda qaldığı vurgulanır. Bu səbəbdən istisna deyil ki, kadrların yayılmasında rektor da şəxsən maraqlı ola bilərdi.
 
Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov bu xəbərin doğru olmadığını vurğulayıb.
 
Qeyd edək ki, Mirələmovun əxlaqsız hərəkətlərinin təsadüf nəticəsində yayımlanması da istisna deyil.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI