Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Ermənistana hərbi təzyiqi artırmalıyıq”

“Ermənistana hərbi təzyiqi artırmalıyıq”
16-11-2021, 17:56 169 dəfə baxılıb

Politoloq Elxan Şahinoğu Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı hadisələri şərh edib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, E.Şahinoğlu qeyd edib ki, bu gün baş verənlər gözlənilən idi: “Çünki müharibə bitsə də, tərəflər arasında sülh sazişi imzalanmayıb, sərhəd müəyyənləşməyib, dəhliz açılmayıb. Bu qeyri-müəyyənlikdir. Odur ki, belə vəziyyətdə gərginlik azalmayacaq. Köhnə status-kvo yoxdur, təzəsi isə hələ formalaşmayıb. Bu durumda güclü tərəf olan Azərbaycan zəif tərəfə - Ermənistana öz şərtlərini diqtə etməlidir.
Birincisi, Azərbaycan ordusu sərhəddə möhkəmləndikcə, bu Ermənistanda neqativ reaksiya doğuracaq və qarşı tərəf təxribata meyillənəcək ki, guya hələ müqavimət gücü var. Reallıqda isə yenə itki verirlər, həm ölürlər, həm də əsir düşürlər. Bu Ermənistanın vəziyyətini daha da ağırlaşdıracaq, daha çox xaosa sürüklənəcəklər. Ermənistanın yeni müdafiə naziri təyinatından bir gün keçməmiş ciddi çağırışla üz-üzə qalıb.
İkincisi, Azərbaycan Ermənistana hərbi nöqteyi-nəzərdən təzyiqi artırmalıdır ki, rəsmi İrəvan Bakı ilə masada oturmağa məcbur qalsın”.
Politoloq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiya və demarkasiya müzakirələrinə başlamağa qorxur: “Çünki bilir ki, Rusiyanın da tərəfdar olduğu danışıqlar başlasa, müəyyən ərazilərdən vaz keçməli olacaq və bu onun reytinqinə zərbə vuracaq. Ancaq bu onun problemidir. Bizim vəzifəmiz isə Paşinyanı yeni razılaşmalara məcbur etməkdir. Bunun üçün isə Ermənistana hərbi təzyiqi artırmaq məcburiyətindəyik. Hazırda bu proses gedir”

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI