00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
00:39 - Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
00:38 - Nazir sabiq direktora vəzifə verdi
20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
“Laçın dəhlizi nəzarətimizə keçir, Qazax və Naxçıvanın kəndləri qaytarılır” - Moskva görüşünün PƏRDƏARXASI
Dünən Putin və İlham Əliyev arasında keçirilən görüşdə Kreml rəhbəri Azərbaycan Prezidentinə kompromisli qərarla bağlı təşəkkür etdi. Vladimir Putin “kompromisli qərarlarla” bağlı Əliyevi təşəkkür etməklə nə demək istədi? Söhbət hansı kompromislərdən gedir?
Bu barədə KONKRET.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın ən böyük kompromisi odur ki, müharibədə məğlub olan Ermənistana sülh sazişini qəbul etdirmək üçün İrəvana təzyiqi artırmır: “Qalib kimi tələblərimizin siyahısı bəllidir. Laçın dəhlizi nəzarətimizə keçməli, Qarabağdakı separatçılar tərksilah olunmalı, Qazaxın -7, Naxçıvanın – 1 kəndi Azərbaycana qaytarılmalı, Zəngəzur dəhlizinin işə düşməsi üçün addımlat atılmalıdır. Azərbaycanın bir başqa kompromisi də, odur ki, atəşkəsi pozan – Ağdama, Şuşaya, Kəlbəcərə, Tovuza atəş açan Ermənistanı “dəmir yumruq” əməliyyatını davam etdirməklə cəzalandırmır. Nikol Paşinyan razılaşmaların əksinə olaraq nəqliyyat dəhlizinin açılmasını da gecikdirir. Ona görə də Kreml sahibi anlamalıdır ki, Azərbaycan üçün “kompromisin” limiti var”.
Elxan Şahinoğlunun sözlərinə görə, İlham Əliyev cavab nitqində bölgədəki vəziyyətlə bağlı Putinə bunları dedi: “Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə sizə təşəkkürümü bildirmək istərdim. Biz sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”. Bu abzas o deməkdir ki, Vladimir Putin Nikol Paşinyana imzalatdırdığı bəyanatların yerinə yetirilməsini təmin etməlidir. İlham Əliyev bu abzasda bir neçə dəfə “münaqişədən sonrakı dövr” ifadəsini işlədib. Azərbaycan üçün münaqişədən sonrakı dövr sülh sazişinin imzalanması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşməsi və Qarabağdakı fəaliyyətimizin davamı deməkdir. İlham Əliyev Vladimir Putinlə qapalı görüşdə böyük ehtimalla ona Qarabağda aparılan quruculuq işləri barədə məlumat verib və Rusiya şirkətlərini də bölgədəki çalışmalara dəvət edib. Ancaq bir ölkə ki, səfirinə Şuşaya getməyi qadağan edib, həmin ölkənin rəhbərliyinin şirkətlərinə işğaldan azad edilmiş bölgələrdə fəaliyyətə yaşıl işıq yandıracağını gözləmək yersizdir. Əsas odur ki, Rusiya bizə Ermənistanla sərhədi müəyyənləşdirməyə mane olmasın. Növbəti hədəfimiz isə Qarabağın tamamında qayda-qanun yaratmaq olacaq. Bunu bölgədə yerləşən rusiyalı hərbçilər etməyəcəklər, özümüz həyata keçirəcəyik. Kreml sahibi heç şübhəsiz Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyinin bəyanatlarında “Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri” ifadələri ilə tanışdır. Bu məsələdə kompromisin limiti bizim üçün 5 ildir, 1ili başa çatmaq üzrədir, 4 ildən sonra rusiyalı hərbçilər Qarabağı tərk etməlidirlər. Buna həm özümüz, həm də Moskva hazır olmalıdır”.
Politoloq Məhəmməd Əsədullazadə KONKRET.az-a açıqlamasında bildirib ki, Moskva görüşündən sonra Azərbaycan Ermənistana təzyiqlərini artıracaq: “Şuşa Bəyannaməsindən sonra prezident İlham Əliyevin Rusiya rəhbəri Putinlə görüşü gözlənilirdi. Belə görüşün baş tutacağını Ərdoğan da qeyd etmişdi. Rusiya konkret olaraq Türkiyə hərbi bazasının rəsmi şəkildə Azərbaycanda varlığını qəbul etmir. Bunu NATO bazası kimi xarakterizə edir. Qeyd edim ki, prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri digərlərindən fərqli olaraq “Şuşa” bəyannaməsi fonunda Türkiyənin müttəfiqi kimi baş tutmuşdu. Bu səfər çərçivəsində heç bir sənəd imzalanmasa da, şifahi razılaşmalar əldə edilib. Rusiyanın burada səmimi olub-olmaması qısa zamanda özünü göstərəcək. Ermənistan baş naziri Paşinyan Fransa və ABŞ-ın birbaşa dəstəyi ilə əldə edilən anlaşmaları yerinə yetirməməyə çalışır, manevr edir. Bu da Rusiyanın vasitəçi olaraq Azərbaycana mümkün təzyiqlərinə yol açır. Konkret olaraq Rusiya da, Ermənistan da manipulyasiya edir və prosesləri başqa bir məcraya daşımağa çalışır. Azərbaycanın da yalnız əsas təsir rıçaqı Ermənistana, Qarabağdakı separatçılara zərbə vurmaqdır. Rusiya əsas vasitəçi olaraq 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşması üçün addımlar atmaycaqsa, o zaman sərhəddə və Qarabağda ermənilərn yaşadığı ərazidə hərbi vəziyyət gərginləşə bilər. Rusiya tərəfinin əsas istəyi Azərbaycanın KTMT müşahidəçi statusu almasıdır. Görünür Kreml mesaj veriri ki, Azərbaycan buna gedəcəyi təqdirdə, Moskva üçtərəfli anlaşmaların reallaşmasına yaşıl işıq yandıra bilər”.