Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17:21 - Sumqayıtda Azərbaycan Sahibkarlıq,özəl Elm və yüngül sənaye işciləri Sumqayıt şəhər HİKnin 3cü konfransı kecirilmişdir.

15:43 - Bir millət, iki dövlət, bir yumruq!

02:03 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

01:56 - “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib

01:52 - Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

01:35 - 19 may 2024 cü ildə Ahəng Psixologiya Reabilitasiya İnkişaf mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində "Sağlam ruh, sağlam cəmiyyət naminə" psixoloji masrifləndirici forum keçirildi.

17:34 - Prezident Qarabağ Universitetinə rektor təyin etdi

15:02 - Seyid İbrahim Rəisi: "İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür"

15:00 - Latviya parlamentinin sədri Füzulidə səfərdədir

14:58 - Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"

14:57 - Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"

14:56 - İlham Əliyev: "İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb"

02:11 - Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO

22:16 - İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub

22:13 - Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib.

Şəhid jurnalist haqqında çəkilən “Canım mənim” filmi təqdim edildi.

Şəhid jurnalist haqqında çəkilən “Canım mənim” filmi təqdim edildi.
15-11-2021, 17:35 154 dəfə baxılıb

Dağlıq Qarabağ münaqişəsindən bəhs edən daha bir film - "Canım mənim” filmi bu günlərdə təqdim edildi. “Qarabağ” silsiləsindən ikinci film olan “Canım mənim” filmi birinci Qarabağ müharibəsi zamanı peşə borclarını yerinə yetirən zaman həlak olmuş jurnalistlərdən bəhs edir. Qeyd edək ki, ekran əsərində baş qəhrəman şəhid jurnalist Salatın Əsgərovanın obrazıdır. “Planet Parni iz Baku Films” şirkətinin lentə aldığıi filmin ssenari müəllifləri Tahir İmanov və Ənvər Mansurov, rejissoru Ənvər Mansurovdur. Filmin çəkilişinə dəstək olan şirkətlədən biri də “Nar”dır. Qeyd edək ki, film “Nar”ın Zəfər Gününə həsr etdiyi “Yaşa, Vətən!” kommunikasiyası  çərçivəsində dəstək olduğu layihələrdən biridir.

Tahir İmanovun sözlərinə görə, film real tarixi faktlara əsaslanır: “Əsas məqsədimiz Qarabağ münaqişəsinin başlanmasına rəvac verən hadisələri, əsl həqiqətləri və müqəssirləri rusdilli auditoriyaya, eyni zamanda beynəlxalq ictimaiyyətə göstərməkdir. Filmdə, həmçinin Qarabağ müharibəsi zamanı azərbaycanlılarla yanaşı, digər millətlərdən olan şəxslərə qarşı da qətliamlar törədildiyini göstəməyə çalışmışıq”.
Qeyd edək ki, qısametrajlı fimin tam versiyasına aşağıdakı keçidə daxil olmaqla baxmaq olar: https://www.youtube.com/watch?v=PUHL1KF8TTk&t=9s
Xatırladaq ki,  “Planet Parni iz Baku Films” şirkətinin “Qarabağ” silsisləsindən birinci filmi olan “Bir topa adam” filmində müharibənin əslində necə başlanmasından bəhs edirdi. Filmin çəkilişinə “Nar” dəstək olmuşdu.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI