Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bayraq mənliyimdir, bayraq kimliyin, Bayraq öz yurduma öz hakimliyim!

Bayraq  mənliyimdir, bayraq kimliyin, Bayraq öz yurduma öz hakimliyim!
5-11-2021, 01:31 620 dəfə baxılıb

Bayrağımızın günüdür bu gün!
Ən möhtəşəm anlarımızın təzahrü olan Azərbaycan Bayrağı!
????????????????
Gəlin ən dəyərli dövlət atributumuz olan Azərbaycan Bayrağınln keçmişinə qısa bir ekskursiya edək.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır.  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvoluna çevrildi.Hər bir Azərbaycanlının ne yerinə, məslək yerinə, gürur yerinə çevrildi.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın          17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 
İnanın ki, Azərbaycanın dövlət bayrağını harda görsək ürəyimiz dağa dönür, başqa bir gürur hissi ilə bu mənzərəni seyr edirik.
Cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun güdrəti, gücü və məmləkətimizin bu inciyə olan sevgisi məhz 44 gündə əldə olunan qələbəmizdə mhüm rol oynadı.
Bunun bariz nümunəsidir ki, bu gün bu üçboyalı inci 30 illik əarətdən azad olunmuş Azərbaycanın əbədi və əzəli, tarixi topaqlarında dalğalanır.Bundan böyük gürur, bundan böyük xoşbəxtlik, bundan böyük sevinc hissi ola bilməz.
Azərbaycanın əziz haqlı Vətən savaşında hər gün bizlərə gələn qələbə ətirli xəbərlərin sonu hansıs əraziyə möhtəşəm Azərbaycan bayrağının sancılması ilə sonlanırdı.
Bu möcüzə dolu 44 gün sanki uşaqdan- böyüyə hər kəsə Bayrağımıza olan istəyi, doğmalığı, sevgini bir daha nümyiş etdirmiş oldu. Ürəkləri riqqətə gətirən səhnələrdən biri isə hər gələnə dolu xəbərdən sonra küçələrin, maşınların, binaların başdan-başa bayrağımıza bürünməsi səhnəsi idi. 
Əbəs yerə Ulu Öndərimiz, Azərbaycanın böyük oğlu Heydər Əliyev demirdi:- Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə,  Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Və bu yolun  layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bayrağımıza olan sevgisini belə ifadə edir:- “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. . Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.” 
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyirdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.
 Və şükürlər olsun ki, Cənab Prezidentimiz bizə bu xoşbəxtliyi nəsib etdi.
1 yaşını geyd etdiyimiz möhtəşəm "Qələbə" günümüzdə Azərbaycan bayrağı  bir daha  cahana günəş təki parlamağı bacardı.

Hər zaman ucalarda ol Şanlı Bayrağım!
Günün mübarək Azərbaycan Bayrağı!
Var ol, yaşa Müstəqilliyimizin əbədi talismanı!
????????????????

Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
"Vətənim-Azərbaycandır.az"-ın xəbər portalının şimal zonası üzrə nümayəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI