Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Daha 18 təsərrüfatdan Rusiyaya pomidor ixracına icazə verildi.

Daha 18 təsərrüfatdan Rusiyaya pomidor ixracına icazə verildi.
1-11-2021, 20:11 232 dəfə baxılıb

Bugünədək 109 təsərrüfatda Azərbaycan və Rusiyanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə videomonitorinqlər aparılıb, 40 pomidor istehsalı müəssisəsinə isə rusiyalı mütəxəssislərin iştirakı ilə yerində baxış keçirilib.

AQTA-dan “Vətənim-Azərbaycandır.az”a verilən məlumata görə, “Rosselxoznadzor” tərəfindən bu gündən daha 18 təsərrüfatdan pomidor ixracına icazə verilib.
Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 205 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.
Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 360133 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 200.1%-ni təşkil edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI