Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə raket hücumları ilə törətdiyi terrordan bir il ötür.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri Bərdənin dinc əhalisini hücuma məruz qoyub. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan “Smerç” tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik klaster tipli iki raket zərbəsinin endirilməsi nəticəsində beşi qadın olmaqla, 21 nəfər həlak olub, səkkizi uşaq, 15-i qadın olmaqla, 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.
Ölənlərin siyahısı: 1940-cı il təvəllüdlü Yalçın Rizvan oğlu İsgəndərov 1947-ci il təvəllüdlü Ağamoğlan Bəylər oğlu Quliyev 1950-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Süleymanov 1961-ci il təvəllüdlü Solmaz Sədrəddin qızı Qasımova 1969-cu il təvəllüdlü Fazil Hacı oğlu Hacıyev 1969-cu il təvəllüdlü Leyla Elmir qızı Mustafayeva 1971-ci il təvəllüdlü Məhərrəm Ənvər oğlu Mustafayev 1972-ci il təvəllüdlü Çərkəz Xanlar oğlu Mirzəliyev 1972-ci il təvəllüdlü Gülşən Mehrab qızı Hüseynova 1975-ci il təvəllüdlü Mirsaqi Yusif oğlu Əhmədov 1977-ci il təvəllüdlü İntiqam Ələmdar oğlu Xıdırov 1983-cü il təvəllüdlü Əsgər Mahir oğlu Allahverdiyev 1984-cü il təvəllüdlü Ruslan Məhəmməd oğlu Abbasov 1986-cı il təvəllüdlü Sadiq Sahib oğlu Əliyev 1988-ci il təvəllüdlü Fuad İsa oğlu İsmayılov 1990-cı il təvəllüdlü Amil Fazil oğlu Cəfərov 1990-cı il təvəllüdlü Dəyanət Tahir oğlu Kazımov 1990-cı il təvəllüdlü Vasif Vaqif oğlu İsmayıllı 1991-ci il təvəllüdlü Rəşaf Vaqif oğlu Şəfiyev 1995-ci il təvəllüdlü Tükəzban Çərkəz qızı Mirzəliyeva 1995-ci il təvəllüdlü Niftalı Səlim oğlu Paşayev.