Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan bir il ötür
27-10-2021, 02:35 260 dəfə baxılıb

Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin terror hücumuna məruz qalmasından bir il ötür.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, oktyabrın 27-də "Smerç" raketləri ilə həyata keçirilən xain hücum beş kənd sakininin həlak olması ilə nəticələnib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölənlərin siyahısı:
1959-cu il təvəllüdlü Aybəniz Əşrəf qızı Əhmədova
1961-ci il təvəllüdlü Almaz Salah qızı Əliyeva (2020-ci il oktyabrın 27-də xəsarət alıb, 2020-ci il oktyabrın 28-də isə vəfat edib)
1970-ci il təvəllüdlü Ofeliya Məcid qızı Cəfərova
1980-cı il təvəllüdlü Ehtiram Xəlil oğlu İsmayılov
2013-cü il təvəllüdlü Aysu Rövşən qızı İsgəndərova.
Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI