Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hüseynin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur

Hüseynin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur
16-08-2023, 11:57 191 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ


Aprel ayında yolu azaraq Ermənistan ərazisinə keçən və burada guya qətl törətməkdə ittiham olunaraq 20 il müddətinə qanunsuz azadlıqdan məhrum edilən Azərbaycan hərbçisi Hüseyn Axundovun ömürlük həbsi tələb olunur.

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Pastinfo” portalı yayıb. 

Məlumata görə, H.Axundovun qətlə yetirdiyi iddia olunan şəxsin yaxınları 20 il həbs cəzası qərarından narazıdırlar və onun ömürlük həbs olunmasını istəyirlər.
Xatırladaq ki, aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Daha sonra azərbaycanlı hərbçilər “bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilib.
Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İyunun 21-i isə Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.

VETENİM-AZERBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI