Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Regionun ən güclü Partiyası olan Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonrakı uğur şkalası.

Regionun ən güclü  Partiyası olan Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonrakı uğur şkalası.
3-03-2023, 09:49 335 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Regionun ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyası  ümummilli maraqların reallaşması yolunda  böyük tarixi nailiyyətlər qazanmış və ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi  özünü sübut etmişdir.
5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultay da bu fəaliyyətin ən məhsuldar dövrünə təsadüf etdiyini desək yanılmarıq. 
Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.
Partiya daxilində yeni təyinatlar da öz əksini tapmışdır. Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur, sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.
Hakim partiyamız olan Yeni Azərbaycan Partiyasının ideoloji    fəaliyyəti bununla bitmir. 
Qurultaydakı çıxışı zamanı ölkə başçımızın  xüsusi əhəmiyyət verdiyi sahələrdən biri də
həmən ərəfədə Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür. Müəyyən edilmiş istiqamətlər üzrə və iş planına uyğun olaraq YAP Mərkəzi Aparatının, o cümlədən Veteranlar Şurası və Gənclər Birliyinin təşkilatçılığı ilə 147 tədbir keçirilmişdir. Bunlarla yanaşı, YAP yerli təşkilatları tərəfindən ümumilikdə 7 minə yaxın müxtəlif səpkili ictimai-siyasi aksiya və tədbir keçirilmişdir. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilmişdir.
Bütün bunlar statistik göstəricilərdir və bu fəaliyyətdə Yeni Azərbaycan Partiyası sıralarında fəaliyyətdə olan, partiyasını sevən hər bir partiya üzvünün zərrəcə də olsa xidməti vardır. 
Bu gün biz gənclər hər birimiz YAP-la addımıadığımız uğur yolumuz haqqında ürək dolusu bəhs edir və bundan hər zaman qürur duyuruq. 
Əbəs yerə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Liderimiz, Heydər Əliyev demirdi ki, " Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq".
Bax elə bu ideologiya bu günki qalib, azad, güclü Azərbaycanın təməlində duran ən böyük stimul idi. 
Hər gün Yeni Azərbaycan Partiyası sıraları genişlənir, böyüyür.
Yenə də statistikaya əsaslansaq deyə bilərik ki,
VII qurultaydan sonra Partiyaya 17940 qadın, 15120 gənc olmaqla 29829 yeni üzv qəbul olunmuşdur. 773770 nəfər Partiya üzvü respublika üzrə fəaliyyət göstərən 85 yerli təşkilatın 6628 ərazi partiya təşkilatında uçotdadır ki, onların da 376884 nəfərini (48,7%) qadınlar, 267470 nəfərini (34,6%) gənclər təşkil edir. 773 770 nəfər YAP üzvündən 343 607 nəfəri (44,4%) ali təhsillidir.
Onu da xüsusiylə qeyd etmək lazımdır ki, YAP kəkcə öz ölkəmizdə, öz çevrəmizdə deyil, həmdə dost ölkələrə də sirayət etməyi bacarmışdır. Belə ki, Türkiyənin hakim partiyası Ədalət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası arasında uzun illər davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu xüsusi əhəmiyyətə malikdir. Partiya liderləri arasında olan dostluq münasibətləri AKP və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə  əminlik yaradır.
Bu qədər uğurlara imza atmış bir partiyaya yalnız və yalnız uğurlar diləmək düşür. Hər zaman uca Yeni Azərbaycan Partiyası.
Sıralarında olmağımızla qürur duyuruq!

Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI