22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Millət vəkilləri Ankarada Xocalı soyqırımı qurbanlarının anım günündə - Fotolar
VETENİM-AZERBAYCANDIR.AZ
Açılış çıxışı edən TADİV rəhbəri professor Aygün Attar tədbirin təşkilinin əhəmiyyətini qeyd edərək, bunun Azərbaycan və Türkiyənin bütün hallarda birlikdə və həmrəy olduğunun göstəricisi olduğunu bildirib.
Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Eldar Əliyev çıxışında Xocalı soyqırımının mahiyyətinə toxunaraq, bunun Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Səfirliyin müşaviri zəlzələ ilə bağlı danışaraq Prezident İlham Əliyevin təlimatına uyğun olaraq ilk saatlardan etibarən Azərbaycanın Türkiyənin yardımına gəldiyini qeyd edib.
Azərbaycan Milli Məclisinin üzvləri Kəmaləddin Qafarov və Anar Məmmədov, Türkiyəli deputat, Türkiyə - Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım, Ankara Universitetinin rektoru professor Nəcdət Ünüvar, Din İşləri Ali Şurasının sədri professor Abdurrahman Haçkalı çıxış edərək Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər nitqlərində qısa zaman öncə Türkiyədə baş vermiş zəlzələyə yer verərək, fəlakətin dağıdıcı miqyasından danışıblar və Azərbaycanın dövlət və xalq olaraq qardaş Türkiyəyə hərtərəfli dəstək verdiyini, həmrəylik nümayiş etdirdiyini xüsusi qeyd ediblər.
Anım mərasiminin iştirakçıları Xocalı soyqırımı və əsrin fəlakəti olaraq səciyyələndirilən zəlzələ ilə bağlı qısa filmləri izləyiblər və Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış olublar.
VETENİM-AZERBAYCANDIR.AZ