22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Kahramanmaraşda Azərbaycan bayrağını müqəddəs əmanət kimi saxlayan ailə – FOTOREPORTAJ
VETENİM-AZERBAYCANDIR.AZ
Kahramanmaraşın 12 Şubat, Orman dairəsi adlanan ərazisində bir çadır daha çox diqqət çəkir.
VETENİM-AZERBAYCANDIR.AZ-ın müxbiri qeyd edir ki, bu çadır digərləri kimi deyil. Taxta parçalarından qurulan bu yöndəmsiz çadır neçə gündür ki, çarəsiz insanların əsas sığınacağı, xilas yeridir.
İnsanlardan bu çadırın kimə məxsus olduğunu soruşuram. Eşin ailəsinə məxsus olduğunu deyirlər. Çadır qapısına yaxınlaşıb sahibini səsləyirəm. Ailə başçısı Ahmet Eşin səsimə səs verir. Danışıq tərzimdən azərbaycanlı olduğumu bilib məni içəri dəvət edir.
Kiçik komanın bir küncündə yataq dəsti, bir küncündə isə beş nəfərlik ailəyə yetməyəcək qədər qab-qacaq qoyulub. Lap başdan isə üçrəngli şanlı Azərbaycan bayrağı asılıb. Mənzərə o qədər qürurvericidir ki, hisslərimi sözlə ifadə etmək mümkün olmur.
Qəlbimizdən keçən sözlər yaş olub gözlərimizdən axır. Üçrəngli bayrağımıza baxdığımı görüb sükutu 50 yaşlı Ahmet Eşin pozur.
“Kiçik oğlum Ümeyr gətirib. Soruşdum ki, bu Azərbaycan bayrağını haradan almısan? Dedi ki, qardaşlarımdan istədim, onlar da verdilər. Oğlum bildirdi ki, ata, bu bayraq mənə müqəddəs əmanətdir. Fəlakət baş verəndə evimizdə olan türk bayrağını götürə bilmədik. Ümeyr bayrağı gətirəndə çox sevindim. Qardaş ölkənin bayrağıdır, əzizdir, əmanətdir. Gözümüz kimi qoruyacağıq. Oğlum dedi ki, gəlin Azərbaycan bayrağını çadırımızın başından asaq. Sözsüz razı oldum, asaq, oğlum, dedim. Biz bir millət, iki dövlətik, bayraqlarımız da eyni dərəcədə müqəddəsdir”.
Ahmet Eşinin dörd övladı var. Onlardan biri qız, üçü oğlandır. Qızını köçürüb, üç oğlu ilə birlikdə yaşayır. Ən kiçik oğlu Ümeyrin cəmi səkkiz yaşı var. O, bir neçə dəfə azərbaycanlılar olan yerə gedib onlardan şirniyyat götürüb. Elə üçrəngli bayrağımızı da qardaş köməyinə gələn azərbaycanlılardan alıb.
Eşin ailəsinin də evi zəlzələdən zərər gördüyü üçün evə girə bilmirlər. Çadır olmadığı üçün məcbur qalıb özləri düzəldiblər:
“Çadır çatışmazlığı var. Tək biz deyilik, bir çox ailələrə çatmayıb. Yaxın günlərdə çadır gələrsə, gedib götürəcəyik. Bir neçə gün avtomobildə qaldıq. Gecələr çox soyuq olurdu. Həyat yoldaşım və uşaqlar üşüməsinlər deyə bu çadırı qurmalı oldum. Olacağa çarə yoxdur. Təki dövlətimiz var olsun. Müvəqqəti çətinlikdir, keçib gedəcək”, – Ahmet Eşin deyir.
Müsahibim fəlakət nəticəsində bir neçə qohumunu itirib, bundan başqa, içərisində azyaşlı olmaqla bir neçə qohumu reanimasiyada yatır. Buna baxmayaraq həyatın axarına qoşulmağa, gələcəyə nikbin ruhla kökləniblər.
Şəhərdə isə dağıntılar altında qalanların sağ qalmağına ümidlər getdikcə tükənir…
VETENİM-AZERBAYCANDIR.AZ