20:58 - Allah rəhmət eləsin.
16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Stalini həbsdən qurtarıb öz dəstəsinə götürən, 20 il kişi paltarında döyüşən qadın – İNANILMAZ FAKTLAR
Vetenim-Azerbaycandir.az oxucuların böyük marağına səbəb olan "Əfsanəvi azərbaycanlılar" rubrikasında "Qaçaq Süleyman" kimi tanınan və 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm haqqında maraqlı faktları təqdim edir.
***
Gülsüm 1863-cü ildə (bəzi mənbələrə görə 1861-ci ildə) Şəmkir rayonunun Sarxan kəndində anadan olub. Kəndin sayılıb-seçilən, nüfuzlu ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızı olub.
***
Əmirqulu kişinin Gülsümdən başqa 6 oğlu, 1 qızı da var imiş. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırmış. 18 yaşlı qızı qardaşları buna razı olmasalar da, o, ailəsinə dəstək olmaq üçün işləməyə davam edirmiş.
***
Gülsüm üçün bir neçə dəfə elçi gəlir, lakin o, cehiz toplamaq imkanları olmadığı üçün evlənməkdən imtina edir. Yalnız cehiz yığdıqdan sonra ailə quracağını deyir. Lakin qəfil baş verən bir hadisə gənc qızın bütün həyatını dəyişir. İki ildən çox vergi vermədiklərinə görə pristavın və kəndxudanın onun evinə gələrək ailəsinin qarşısında atası Əmirqulu kişini təhqir etməsi bir yana, qaynar samovarı onun kürəyinə sarıyıb zülm etmələrinə dözə bilmir. Evdəki tüfəngi götürüb pəncərədən atdığı güllə ilə pristavı vurur.
***
Kəndxuda işi belə görüb aradan çıxmaq istəyir. Lakin Gülsüm onu da güllələyir.
Hər iki hökumət adamı elə yerindəcə ölür.
***
Ertəsi gün çar əsgərləri Gülsümün yaşadığı evi mühasirəyə alır. Qardaşları onun həbsini istəmədikləri üçün suçu öz üzərlərinə götürmək istəyirlər. Lakin Gülsüm razılaşmır. Bilir ki, bunun sonu ya sürgün, ya da edamdır. Ona görə də qardaşlarından birinin paltarını geyinir, evdəki tüfəngi də götürüb yaxınlıqdakı meşəyə qaçır və orada gizlənir. Xəbər göndərir ki, pristiav və kəndxudanı o vurub, heç kimdə günah axtarmasınlar.
***
O zamanlar ətraf dağlarda, meşələrdə qaçaqlıq edən Kərbəlayı Əsgər, Məşədi Yolçu və Bayramqulu adlı şəxslər bu hadisəni eşidib Gülsümü axtarmağa başlayırlar. Axırda kişi paltarında bir nəfərlə rastlaşıb adını soruşurlar. "Adım Süleymandır” deyib onları inandıran Gülsüm yalandan and içir ki, üç qaçağın axtardığı Gülsüm onun bacısıdır.
***
Daha sonra Gülsüm Şəmkir ərazisində Çaqqal Səlimin başçılıq etdiyi qaçaq dəstəsinə qoşulur. Lakin Səlimin fikri çoxlu var-dövlət toplayıb İrana qaçmaq idi. Buna görə kasıbların da qarşısını kəsir, əllərində olan-qalanı alırdı. Bu isə Gülsümün xoşuna gəlmirdi. Çaqqal Səlimin öz dostunu öldürüb qızıl-gümüşünü ələ keçirməsi və bir çobanın sürüsünü aparıb Göyçədə satmasını görən Gülsüm daha buna dözmür, Çaqqal Səlimin yeməyinə bihuşdarı qatır, sonra da başını kəsir. Ardınca məşhur qaçaq Kərəmin dəstəsinə qoşulur. Kərəm onu dostu Ağ Seyidə tapşırır. Süleyman ləqəbli Gülsüm hökumət adamları ilə mübarizədə böyük igidliklər göstərir.
***
Deyilənə görə, Qaçaq Kərəmin dəstəsində yalnız onun özü Süleymanın əslində qadın və adının da Gülsüm olduğunu bilirmiş. Bəzi qaynaqlarda isə deyilir ki, Kərəm Süleymanın qadın olduğunu İranda öyrənib.
***
Gülsüm təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan başqa məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi Qafqaz canişinliyinin bərk narahatlığına səbəb olur.
***
Qaçaq Kərəm Güney Azərbaycana yollandığı üçün onun dəstəsindən ayrılan Qaçaq Süleyman öz dəstəsini yaradır. Dəfələrlə jandarm və kazaklarla döyüşdə qələbə qazanır. Bir müddət sonra Qaçaq Kərəmlə görüşmək üçün gecə vaxtı bir neçə yoldaşı ilə bərabər Araz çayını keçib o da Güney Azərbaycana gedir. Lakin sərhədi adladıqdan az sonra yemək yedikləri yerdə çoxsaylı qarasoran (İranda o vaxtkı asayiş qüvvələri) gəldiyini görüb, atışmaya başlayır. Bu zaman əsir düşür. Onu zindana salırlar.
***
Məsələdən hali olan Qaçaq Kərəm İran hökuməti ilə yaxınlığından istifadə edib Qaçaq Süleymana kömək əli uzadır, həbsdən qurtarır. Sonra onu yanındakı qaçaq yoldaşları ilə birgə evinə qonaq dəvət edir.
Qaçaq Süleyman 1890-cı ilə qədər Təbrizdə yaşayır. 1890-cı ildə Kərəm ona bəzi mühüm tapşırıqlar verərək İrandan Azərbaycanın şimalına yola salır. Süleyman Kərəmin tövsiyəsi ilə Tiflisdən Gəncəyə içində xeyli dustaq və pul olan qatarın qarşısını kəsir. Kərəm demişdi ki, gürcü dostları ona qatarda siyasi dustaq olduğunu deyib mütləq xilas olunmasını xahiş ediblər.
Qaçaq Süleyman Kərəmin tapşırığını uğurla yerinə yetirir. Soso Cuqaşvili ad-soyadlı həmin gürcü dustaq azad edilir, pullar götürülür. Bundan sonra Soso Süleymanın dəstəsinə qoşulur və 7 ay onunla bərabər xeyli döyüşdə iştirak edir.
***
Haqqında danışılan Soso Cuqaşvili sonralar SSRİ-yə rəhbərlik edən və "xalqlar atası" kimi qələmə verilən İosif Stalin idi.
Bir dəfə meşəyə, Qaçaq Süleymanın yanına gələn çar zabiti Gülsümün üzə çıxmasını istəyir. Söz verir ki, günahları bağışlanacaq, üstəlik, çar ordeni ilə təltif ediləcək. Buna Gülsüm belə cavab verir: "Mənə rus çarının heç bir ordeni və təklifi lazım deyil, mən onu padşahım kimi qəbul etmirəm. Öz padşahım olsa, mən qaçaq olmazdım”.
***
Tezliklə Soso Cuqaşvili də Qaçaq Süleymanın əslində qadın, adının isə Gülsüm olduğunu öyrənir.
Ümumiyyətlə, uzun illər boyunca bu həqiqətdən yalnız üç nəfər xəbərdar olub: Kərəm, Əskiparalı Qaçaq Usub və Soso Cuqaşvili, yəni Stalin...
***
Daha sonra Qaçaq Kərəm Süleymana Türkiyəyə getməsini tapşırır. Bir müddət Bitlisdə yaşadıqdan sonra eşidirlər ki, Rusiyada çevriliş olub, Azərbaycanda da dəyişiklik var, evlərinə qayıdırlar. Qaçaq dostları ancaq bundan sonra Süleymanın Gülsüm olduğunu bilir, onun cəsarətinə, mərdliyinə heyran olurlar.
***
1901-ci ildə Kərəm Gülsümə qaçaqlıq etməyi qadağan edib. Ondan ailə-uşaq sahibi olmasını istəyib. Öz kəndinə qayıdan Gülsüm burada İsmayıl adlı bir kişiyə ərə gedir. Hansı ki İsmayıl dul idi və dörd uşağı vardı. Bundan sonra da onların altı oğlu, iki qızları olur.
***
Aradan illər keçir. Azərbaycanda bolşevik hakimiyyəti qurulduqdan sonra ilk zamanlar yeni hökumət Gülsümə toxunmur. Lakin ermənilər Gülsümə göz verib işıq verimilər. Nəhayət, 4 erməni milisi gəlib onun hamilə gəlinini zorla işə aparmaq istəyəndə, əlinə silah alan Gülsüm milislərin dördünü də yerindəcə güllələyir. Onu həbs edirlər. O, məhkəmə zamanı Stalinə xəbər göndərilməsini tələb edir. Bu xəbər Bağırova çatanda Stalinə məlumat göndərir ki, bir qadın qətl törədib, üstəlik, əvvəllər də qaçaqlıqla məşğul olub, lakin indi xəbər göndərir ki, "dahi rəhbər" onu şəxsən tanıyır. Bunu eşidən Stalin dərhal Bağırova zəng vurur və əmr edir ki, Gülsümü azad etsinlər. Oğlunu da kolxoz sədri qoysunlar. Çünki həmin qadın onun ən yaxın dostudur. Bu zaman Mikoyan Stalinə deyir ki, axı qadın qatildir, 300-dən çox erməni öldürüb. Stalin bunu eşidib hirslə deyir ki, onun sayəsində məhbəsdən qurtulub, çətin günlərdə 7 ay bu qadının çörəyini yeyib, himayəsində olub. Belə yaxşılığı unuda bilməz.
***
Deyilənə görə, Gülsüm 101 il ömür sürüb, 1962-ci ildə dünyasını dəyişib. Onun qəbri Şəmkirin Sarxan kənd qəbiristanlığındadır.