22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Xocalı soyqırımı etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi”
VETENİM-AZERBAYCANDIR.AZ
Keçmişə nəzər salsaq, təkcə XX əsrin əvvəllərindən bu günə kimi azərbaycanlılar 4 dəfə – 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı və etnik təmizləmə siyasətinə məruz qalmışlar. Yarandığı gündən Daşnaksütun Partiyasının qarşıya qoyduğu əsas vəzifə “Böyük Ermənistan”ı yaratmaq idi. Bu planın əsas tərkib hissəsi isə Azərbaycan torpaqları hesabına öz çirkin niyyətlərinə çatmaq idi. Bu səbəbdən terror və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini seçən ermənilər XX əsrin müxtəlif illərində bir çox bölgələrimizdə qırğınlar törətmiş, kənd və şəhərlərimizi xarabalığa çevirmişlər.
1905-1907-ci illərdə ermənilər tərəfindən Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa bölgələrdə şəhər və kəndlər dağıdılaraq günahsız əhaliyə divan tutulurdu. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan yaşayış məntəqələrini viran qoyaraq on minlərlə soydaşımızı öz doğma yurdlarından didərgin salmışdılar. 1918-ci il soyqırımları nəticəsində isə 50 mindən çox günahsız insan amansızcasına qətlə yetirilmiş, yüzlərlə tarixi abidələr məhv edilmişdir. Ermənilər hər zaman törətdikləri insanlıqdan uzaq cinayətlərini gizlətməyə çalışsalar da, iyrənc siyasətləri gec də olsa, üzə çıxmışdır. Məhz 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq bunun əyani sübutu olmuşdur.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun məzarlıqda apardıqları tədqiqatlar nəticəsində insan sümüklərinin 1918-ci ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilmiş dinc əhaliya aid olduğu sübuta yetirilmişdir. Tədqiqatlar nəticəsində o da məlum olmuşdur ki, qətlə yetirilmiş insanların çoxu azərbaycanlılar olmaqla yanaşı, Qubada yaşayan etnik qruplar, (tat, cek, ləzgi, qrız, buduq və s.) həmçinin yəhudilər də olmuşdur.
Xocalıda baş vermiş soyqırımı aktı da XX əsrin insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdəndən biridir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirmişlər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı.
Erməni vandallarının Xocalıda həyata keçirdikləri soyqırımı zamanı 613 nəfər ödürülmüş, minlərlə dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Həmin gün 106 nəfər qadın, 63 azyaşlı uşaq və 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirmişdir.
Bu gün qalib ölkənin vətəndaşları, xüsusilə gənclər informasiya müharibəsində fəallıq göstərir, Azərbaycan həqiqətlərinin, xüsusilə də Xocalı soyqırımının dünyaya çatdırılmasında sosial şəbəkələrdə, eləcə də beynəlxalq platformalarda çıxış edirlər, müntəzəm olaraq işlər aparırlar.
Məhz “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası 2008-ci ilin mayında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır.
Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması, bu həqiqətlərin beynəlxalq arenada yayılması, soyqırıma obyektiv qiymətin verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Bu günə kimi Heydər Əliyev Fondu Xocalı soyqırımı ilə bağlı yüzlərlə materialın xaricdə sərgisini təşkil etmişdir. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur.
Abutalib Turabov,
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı.
VETENİM-AZERBAYCANDIR.AZ