14 əsr əvvəl Peyğəmbərimiz Hz. Məhəmməd (səv) qiyamətlə bağlı bəzi qeyb xəbərlərini və bunlara əsasən fikirlərini ətrafındakı Müsəlmanlara danışmışdır. Bu dəyərli sözlər nəsildən-nəsilə keçmiş, hədis kitabları və İslam alimlərinin əsərləriylə dövrümüzə gəlib çatmışdır.
Burada qiyamət əlamətləri haqqındakı hədislərin doğruluğuna və etibarlılığına dair bəzi şübhələr yarana bilər. Tarixdə Peyğəmbərimizin adından bəzi saxta hədislər uydurulduğu da məlumdur. Lakin bizim araşdırmamızın mövzusu olan hədislərin Peyğəmbərimiz tərəfindən deyilmiş sözlər olduğu asanlıqla başa düşülür. Əlimizdə doğrunu yanlışdan ayırmağa kömək edən bir metod var. Bildiyimiz kimi qiyamət ilə bağlı hədislər gələcəyə aid hadisələrdən bəhs edir. Bu səbəbdən zaman ərzində hədisdə bildirilən hadisənin eynilə reallaşması bu hədislərin mənbəyi ilə bağlı bütün şübhələri aradan qaldırır.
Sözügedən müqayisə metodundan axırzaman və qiyamət əlamətləri ilə bağlı tədqiqat aparan bir çox İslam alimi istifadə etmişdir. Mövzu üzrə mütəxəssislərdən Bədiüzzaman Said Nursi də axırzaman haqqındakı hədislərin dövrümüzdə baş verən və gözlə görünən hadisələrə tam uyğun olmasının hədislərin səhih olduğunu sübut etdiyini demişdir.1
Dünyanın son dövrünə işarə edən müharibələr və anarxiya
Peyğəmbərimiz axırzamanın xüsusiyyətlərindən bəhs etdiyi bir hədisində bunları xəbər vermişdir:
Dünya hərc-mərc içində qaldıqda, fitnələr zühur etdikdə, yollar kəsildikdə, bəziləri bəzilərinə hücum etdikdə… (Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh.454)
“Hərc-mərc” sözünün lüğətlərdəki qarşılığı “darmadağın olma”, “qarışıqlıq” şəklində verilir və hədisdə bu halın müəyyən bölgə ilə məhdudlaşmayıb dünyanın hər tərəfinə yayılacağı bildirilir. Yolların kəsilməsi və bəzi insanların digərlərinə hücum etməsi də hədisdə işarə edilən dövrün əlamətlərindəndir.
Başqa bir hədisdə yuxarıdakı hadisə bənzər şəkildə xəbər verilir.“Qiyamət yaxınlaşır… hərc çoxalır” deyən Peyğəmbərimizdən “hərc”in nə olduğunu soruşmuşlar, o da “hərc – öldürmədir” cavabını vermişdir. (Kur’an ve Sünnette Kiyamet ve Ahiret, s.172)
Peyğəmbərimizdən bu mövzu haqqında dövrümüzə çatan digər hədislər də bunlardır:
Qiyamətin tam yaxınında anarxiya və qarışıqlıq günləri var. (Suyuti, Cami’üs Sagir, 3/211; Ahmed bin Hanbel, Müsned, 2/492)
Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qətliamlar yayılacaq… (Camiü’s-Sagir, 3:211, Müsned, 2:492, 4:391, 392)
Yuxarıdakı hədisləri təhlil etdikdə mühüm bir nəticəyə gəlirik. Peyğəmbərimiz bəhs etdiyi münaqişə, qarışıqlıq və qətliamlar ilə bütün yer üzünü bürüyən müharibələri və terror hadisələrini təsvir edir. Bu hadisələrin bir qiyamət əlaməti olduğunu bildirir.
Keçən on dörd əsrlik dövrə baxdıqda görürük ki, 20-ci əsrdən əvvəlki müharibələr lokal olmuşdur. Bütün dünya əhalisinə, siyasi quruluşlara, iqtisadiyyata, sosial struktura təsir edən müharibələr isə yaxın keçmişdə baş vermiş iki dünya müharibəsidir. Birinci Dünya müharibəsində 20 milyondan, İkinci Dünya müharibəsində isə 50 milyondan çox insan ölmüşdür. İkinci Dünya müharibəsinin eyni zamanda tarixin ən qanlı, ən böyük, ən dağıdıcı müharibəsi olduğu faktdır.
Dövrümüzün müasir döyüş texnologiyası, nüvə, bioloji və kimyəvi silahlar müharibələrin təsirini tarixdə görünməmiş ölçüdə artırmışdır. Hətta istehsal edilən kütləvi qırğın silahlarına görə yer üzünün Üçüncü Dünya müharibəsinə tab gətirməyəcəyi də hamı tərəfindən qəbul edilir.
İkinci Dünya müharibəsindən sonra Soyuq Müharibə, Koreya Müharibəsi, Vyetnam Müharibəsi, Ərəb-İsrail müharibələri, İran-İraq müharibəsi və Körfəz müharibəsi dövrümüzün ən mühüm hadisələrindəndir. Lokal müharibələr, münaqişə və vətəndaş müharibələri eyni anda dünyanın bir çox bölgəsində dağıdıcı nəticələrə səbəb olur. Bosniya, Fələstin, Çeçenistan, Əfqanıstan, Kəşmir, Ukrayna, Rusiya və bir çox yerdə baş verən qarışıqlıqların bəşəriyyətə təsiri hələ də davam edir.
Müharibələr qədər bütün dünyaya təsir edən digər qarışıqlıq da beynəlxalq mütəşəkkil terror hadisələridir.
Dünyanın yaxın tarixindəki terror hadisələri bəzən böyük xaos mühitinə zəmin hazırlamışdır. Bu hadisələrdə çox qan tökülmüş, çoxlu sayda insan ölmüş və ya şikəst qalmışdır. Ancaq bəşəriyyət hələ də bu faciəvi hadisələrdən dərs almamışdır. Terror yenə də dünyanın bir çox bölgəsində öldürücü anarxik hadisələrə səbəb olur.
Mövzuyla bağlı ayələrdə də ibrətlər var. Rum surəsində insanların öz əməlləri ucbatından yer üzündə qarışıqlıq meydana gəldiyini Hamısıah belə bildirmişdir:
İnsanların qazandıqları günahlar səbəbilə quruda və dənizdə fəsad ortaya çıxdı. Bu, (Hamısıahın) onların etdikləri əməllərin (cəzasının) bir qismini daddırması üçün idi. Ola bilsin ki, onlar (doğru yola) qayıdarlar. (Rum surəsi, 41)Bunu da əlavə edək ki, ayədə mühüm xatırlatma edilir. İnsanların öz səhvlərindən qaynaqlanan əzab və kədər onları xətalarından döndərmək üçün fürsətdir.
Qısası, dünyanın hərc-mərc içində qaldığı dövr yaşadığımız dövrdür və nəticə etibarilə bir qiyamət əlamətidir. Eyni zamanda bu əlamət insanlara vaxt itirmədən Quran əxlaqıyla yaşamaları üçün xəbərdarlıqdır.
Qiyamətə yaxın böyük şəhərlər yox olacaq
Peyğəmbərimizin axırzamanla bağlı verdiyi xəbərlərdən biri də belədir:
Böyük şəhərlər dünən sanki yox imiş kimi məhv olacaq. (Kitabül Burhan Fi Alametil Hz. Mehdiyyil Ahir Zaman, səh. 38)
Hədisdə bildirilən böyük şəhərlərin məhvi müharibələr və müxtəlif təbii fəlakətlər nəticəsində baş verən dağıntıları xatırladır. Yaxın keçmişdə icad edilən nüvə silahları, təyyarələr, bombalar, raketlər və bənzər müasir silahlardan müharibələrdə istifadə edilməsi böyük dağıntılara səbəb olmuşdur. Bu qorxunc silahlar tarixdəki silahlarla müqayisə edilməyəcək səviyyədə dağıntılara yol açmışdır. Əlbəttə, bu silahların hədəfindəki böyük şəhərlər bunlardan birinci dərəcəli təsirlənən məkanlar olmuşdur. İkinci Dünya müharibəsinin nəticələri buna misal verilə bilər. Dünya tarixinin ən böyük müharibəsində atom bombasından istifadə edilməsilə Xirosima və Naqasaki yerlə yeksan olmuşdur. Avropanın paytaxtları və mühüm şəhərləri də ağır bombardmanlar nəticəsində böyük ölçüdə dağılmışdır. “Britannica” ensiklopediyası İkinci Dünya müharibəsinin Avropa şəhərlərinə vurduğu zərəri belə izah edir:
Baş verən dağıntı Avropanın böyük hissəsini Ayın səthinə çevirmişdi: şəhərlər bombardmanlar nəticəsində dağılmışdı, şəhərətrafı yerlər yanıb qapqara olmuşdu, yollar bombaların açdığı çuxurlarla dolmuşdu, dəmiryolları yararsız hala düşmüşdü, körpülər dağılmışdı, limanlar batmış gəmilərlə dolmuşdu. Müharibədən sonra Almaniyanın Amerika idarəçiliyi altındakı bölgəsinin hərbi rəhbəri general Lusius D. Kleyin dediyi kimi, “Berlin sanki ölülər şəhəri idi”.2
Həmçinin hələdə davam edən Ukrayna və Rusiya müharibəsinin böyük dağıntıları hədisdə bəhs edilən hadisə ilə üst-üstə düşür.
Şəhərlərin yox olmasına səbəb olan digər amil də təbii fəlakətlərdir. Təbii fəlakətlərin yaşadığımız dövrdə həm sayca həm də gücünə görə artdığı statistik faktdır. Son on ildə baş verən iqlim dəyişikliyinin yol açdığı fəlakətlər dönüş nöqtəsi kimi qəbul edilir.
Son illərdəki qasırğa, fırtına, tayfun və tornado kimi fəlakətlər başda Amerika qitəsi olmaqla dünyanın bir çox yerində dağıdıcı zərərə səbəb olmuşdur. Bunlardan əlavə sellər də bəzi yaşayış mərkəzlərinin su və palçıq altında qalmasına yol açmışdır. Habelə zəlzələlər, vulkanlar və sunami dalğalarının əmələ gətirdiyi dağıntılar da unudulmamalıdır. Yaxın zamanlarda İran, Türkiyə, Gürcüstan, Suriyada olan zəlzələlər nəticə etibarilə bütün bu təbii fəlakətlərin böyük şəhərlərdə səbəb olduğu dağıntılar axır zaman əlamətidir.Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.
Suriyanın 30 min əhalisi olan Harem şəhəri zəlzələ nəticəsində tamamilə məhv olub.
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların yaxınlarına ölkəmiz adından başsağlığı verirəm.
Hamısıah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Hamısıahdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!
Nəzakət xanım