Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır

Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır
24-01-2023, 08:33 239 dəfə baxılıb

 
VETENİM-AZERBAYCANDIR.AZ
Son zamanlar dünyada baş verən münaqişələr "yaşıl enerji" nin vacibliyi daha da artırıb. Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır
Avropa İttifaqı ilə bir çox müxtəlif sahələrdə əməkdaşlıq edən Azərbaycan, enerji təhlükəsizliyi sahəsində də Avropa İttifaqının mühüm tərəfdaşlarından biridir. Yanvarın 16-da Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkələr arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfəsini verəcəkdir.
Əbu-Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Bu platformada dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak edir. Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun bariz nümunəsidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır.
Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı zamanı Azərbaycanın qaz, neft, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji ixracatçısı kimi möhkəmlənən inkişaf mövqeyindən geniş bəhs etdi. Meqa enerji layihəsindən xüsusi olaraq bəhs edilib. Vurğulanıb ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Artıq Azərbaycandan Cənubi Avropaya gedən uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəmərləri sistemi qurulub. Bugünki geosiyasi vəziyyəti nəzərə alsaq, aydın olur ki, Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyini təmin etmək gücündədir. Azərbaycanda ümumi iqtisadi artımdan danışarkən, biz enerji təhlükəsizliyi məsələsinə xüsusi toxunmalıyıq. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin bərpa olunan enerji sahəsində ən iri şirkəti olan "Masdar" hazırda Azərbaycanda 230 MVt gücünə malik “Qaradağ” günəş elektrik stansiyası layihəsini reallaşdırmaqdadır. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumlarına və sazişlərə əsasən 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanında olacaq”.
Azərbaycana etibarlı, uzunmüddətli və ədalətli nizamlama qanunvericilik olan bazarlar lazımdır: “Bu isə Avropa bazarıdır. Danılmaz olan bu həqiqət də məlumdur ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin struktur elementlərindən biri olaraq həlledici yerə və rola malikdir. Bu nöqteyi-nəzərdən Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Nəzərdə tutulmuş plan odur ki, Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabel çəkilsin. Azərbaycanın enerji istehsalı, ixracı, daşınması sahəsində qazandığı uğurlar hamıya məlumdur. Avropa Komissiyası prezidentinin şahidliyi ilə imzalanmış Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” sazişi nümunə kimi göstərilə bilər”.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

 
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI