19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
"Tarixi torpaqlarımızda uyuyan ulularımızın məzarını ziyarət edəcək, ruhlarına dualar oxuyacağıq"
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 24 Dekabr 2022 - ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdışın yol xəritəsini açıqladı. Vandal ermənilər zaman - zaman güc mərkəzlərinin hərtərəfli köməyi ilə torpaqlarımızı işğal edib, orada minilliklər boyu yaşayan soydaşlarımızı qətlə yetirərək, soyqırım törədərək, onları departasiya edərək məskunlaşmanı həyata keçirtmiş, özünün saxta dövlətini yaratmışdır.
Artıq Azərbaycan 44 günlük erməni faşizmi üzərində tarixi Zəfərdən sonra yeni bir mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə təkcə onilliklər boyu torpaqlarımıza göz dikib onu işğal edən barbar erməniliyin qarşısını alıb ona ciddi, sarsıdıcı zərbə vurmaqla kifayətlənmədik, həm də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igid Silahlı Qüvvələrimiz tarixi torpaqlarımızın bütövləşməsinin təməlini qoydular. Bu təməlin şəriksiz müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Xalqıdır. Artıq Qərbi Azərbaycana Böyük Qayıdışın əsası qoyulmuşdur. Tam əminik ki, tarixi torpaqlarımıza tezliklə qayıdaraq, orada uyuyan ulularımızın məzarını ziyarət edəcək, ruhlarına dualar oxuyacağıq.
Qərbi Azərbaycana Qayıdışa Dəstək Qrupu yaradaraq biz də belə bir platformada vətəndaş mövqeyimizi və xidmətimizi həyata keçirtmək niyyətindəyik. Ümidvarıq ki, bütün soydaşlarımız Böyük Qayıdışın ətrafında birləşəcək və prosesdə fəal iştrak edəcəkdir.
Müqəddəs Yolumuz Açıq olsun. Amin!
Günay Ağamalı
Ana Vətən Partiyasının Humanitar və Kommunikasiya Məsələlər üzrə müşaviri
VETENİM-AZERBAYCANDIR.AZ