19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Ekoloji terrora son! - ANALİTİK TƏHLİL
VETENİM-AZERBAYCANDIR.AZ
Ermənilərin Azərbaycan torpaqlarında sərvətlərimizi talaması və bununla bağlı olaraq iki gündür, vətəndaşlarımızın Şuşa-Laçın yolundakı etiraz aksiyaları fonunda düşünürəm ki, bir millətin xislətinə bu qədər acgözlük, tamahkarlıq, talançılıq, nadanlıq, alçaqlıq necə sığır, İlahi! Kaş ki bunu anlaya bilərdik. Qonşuluqdan kənar, bizə qonşu olduqları yerdə tar-mar olmalı qonşularımızın yəni həyatın hansısa bir anında gözləri doyacaqmı, özlərinin olanları ilə qane olacaqlarmı? Düşünürəm ki, heç vaxt. Çünki bunların xəmiri acgözlüklə yoğrulub. Bir də axı özlərində nə var ki? Olsa idi, heç olmasa, bir az tox olardılar. Ta qonşunun torpağından özlərinə “vətən” düzəltməzdilər. Qonşunun sərvətləri hesabına “adam” olmazdılar. Bu qədər yetməz? Bəs nə vaxtadək? Nə üçün ta çəkilib yerlərində oturmurlar. Axı biz bunlara həyatın sərt üzünü də göstərdik.
Hə, aydındır. Çünki özləri yelbeyindir, havadarları isə qızışdırıcı. Bunlar da həmişə olduğu kimi, boş başları ilə qızışdırıcılarının tələsinə düşürlər. Lakin anlamaq istəmirlər ki, kimlərinsə əlində oyuncaqdırlar. Anlayanda isə gec olacaq. Necə ki, Qarabağda 44 gündə başlarına od yağdırıldı, gözlərini aça bilmədilər. Bundan sonra hər zaman da belə olacaq. Lakin axı yenə ağıllarını bunları qarşıya verib arxalarında dayanmayanların, 44 gündə telefonlarını açmayanların ağlına verirlər. Düşünmürlər ki, su meymunun boğazına çatanda balasını ayağının altına qoyur misalı, onlar geri çəkilib, heç bunları adam yerinə də qoymayacaqlar. Bunlar da 44 gündəki kimi məhv olub, düşdükləri günə ağlayacaqlar.
Topxanadan başlanan talançılıq
Bu gündən dünənə baxanda erməni adlı millətin qanının xarab olduğundan savayı ağıla başqa bir fikir gəlmir. 1988-ci il idi. Süfrəmizin qırıq-quruğu ilə qarnını doyuranların, daha sonra özlərinə yavaş-yavaş yer edənlərin səsinin Topxana meşəsindən gəldiyini eşitdik. Eşitdik ki, daraşıb qırıb tökürlər.
Vurğulayım ki, qədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana əsl təbiət möcüzəsi idi, meşənin heyvanat aləmi ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar vardı.
Bəli, eşitdik ki, işğalçı ermənilər sərvətlərimizi talan edir, meşələrimizi qırıb daşıyırlar. Təxmini məlumatlara görə, Topxanadan 2000 ədəddən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.
Elə Birinci Vətən Müharibəsinə aparan yolun başlanğıcı da sərvətlərimizin talan edilməsi, ekologiyamıza vurulan milyonlarla manat dəyərində ziyan oldu. Yaxşı yadımdadır, o vaxt xalq qalxmışdı ayağa, hər yerdə etiraz aksiyaları keçirilirdi. Hər kəs ermənilərin bu özbaşınalığını pisləyir, lənətləyir, təcili şəkildə onların soyğunçuluğuna son qoyulmasını tələb edirdilər.
Bunun ardınca isə ermənilərin torpaq iddiaları başlandı. Bütün bu sərvətlərin birdəfəlik sahibi olmaq üçün işğal planını həyata keçirməyə başladılar. Və istəklərinə nail oldular da. Çünki 1990-cı illərdə ölkəmizə rəhbərlik edənlər də onlar ağılda idi. Onların havadarlarının boş vədlərinə bizimkilər də inanmışdılar. Bu səbəbdən də torpaqlarımızın bir qisminin ermənilərə verilməsi və qarşılığında hakimiyyət kürsülərində əbədi qalacaqları vədləri ilə Vətən torpaqalarının satılmasına imza atmışdılar.
Birinci Qarabağ müharibəsində əliyalın insanlar torpaqlarımızın müdafiəsinə qalxdıqları halda, canlarından keçəcəklərini, ancaq torpaqlarımızdan vaz keçməyəcəklərini şüar edib düşmənlə üz-üzə dayandıqları zaman, sən demə, o torpaqlar çoxdan satılıbmış. Biz isə müdafiəsiz şəklində mübarizələrə davam edirdik. Lakin çox təəssüf... İtirdik o topraqları, minlərlə şəhid verdik, qazi qazandıq. Düz 30 il həmin torpaqlar bağrımızdan qoparıldı. Evimizdən-eşiyimizdən didərgin salındıq. Qapılarımız bağlı qaldı. Yurdumuz dağıdıldı, yuvamız uçuruldu. Qapılarımız qıfıllandı. Qəbiristanlıqlarda uyuyan əzizlərimizin qəbirləri orada qərib qaldı. Taleyimizə yazılan məcburi köçkünlük illərində ata-analarımız, baba-nənələrimiz “torpaq, yurd”,- deyə-deyə qəribçilikdə dünyalarını dəyişdilər. Qərib qəbir oldular.
30 illik bir acı yaşadı bu xalq. Həsrətlə, hicranla dolu bir həyat...
44 günlük dərsdən “2” alanlar...
Adətən “2” layiq olduğu qiyməti aldığı üçün insanı ayıldan, onu silkələyən bir vasitədir. Geridə qalmısan, çağırışıdır. Oyan, dərsini daha yaxşı çalış, deməkdir. Görünür, 2020-ci ilin 44 günlük müharibəsində dərslərindən “2” alan ermənilər nə qədər axmaqdılarsa, bu “2”-nin fərqinə varmaq istəmirlər. Düşünmürlər ki, aldıqları bu qiymət, üstəlik qaldırdıqları ağ bayraq fonunda bütün dünyaya özlərini rəzil etdilər. Azərbaycana bu dəfə də 90-cı illərdəki zərbəni vuracaqlarını düşündükləri təqdirdə belə aşağı qiymət almaq və biabır vəziyyətinə düşmək görünür, bunlara təsir etməyib ki, qalxıb görün bir yenidən hansı risklərə gedirlər. Azərbaycan ərazilərində talançılığa əl atırlar. Ağılları gedir yenə də 90-cı illərə. Topxana meşəsinə, Zəngilanın çinar meşələrinə, qızıl yataqlarına. Ta düşünmürlər ki, 90-ci illər deyil. Aradan 30 ildən artıq zaman keçib. 44 gündə isə bunu bir daha əminliklə təsdiq etdilər. Di gəl ki, bunlarda problem odur ki, gözləri sadəcə baxır, lakin görmür. Ağılları da kəsmir ki, azacıq gördüklərindən nəticə çıxarsınlar. Ağıllarını o boş havadarlarına verib yenə özləri üçün problem yaratmasınlar.
Elə buna görədir ki, yenə də Azərbaycan ərazilərində talançılığa başlayıblar. Ekologiyamıza 30 ildə vurduqları ziyanı bizim işğaldan azad edilmiş torpaqlarımızda davam etdirmək Rusiya sülhməramlılarının haraya baxdıqlarını açıqca ortaya qoyur. Ta burada izaha, şərhə ehtiyac yoxdur. Deməli, bu sülh yox, müharibəməramlıların bu əməllərdə xüsusi payları var ki, bu kimi hərəkətlərə göz yumurlar. Belə olan halda isə təbii ki, problemlər yaranır.
Etiraz aksiyası 30 ilin o başında yox, bu başında olduğumuzu torpaqlarımızın sərvətlərinə xor baxanların gözünə oxuyur
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.
Bu aksiyaya ölkənin müxtəlif regionlarından olan fəallar qoşulur. Etirazçıların tələbləri dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
İki gündür, xalqımızın nümayəndələri payızın bu soyuqlu-sazaqlı havasında Laçın-Şuşa yolunda sülhdən və insanlıqdan əsər-əlaməti olmayanlarla üz-üzədirlər. Televiziya və internet üzərindən izlədiyimiz aksiya könlümüzü qürur hissi ilə doldurur. Aksiya iştirakçılarının “Şəhidlər ölməz, Vətən bölünməz”, Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Qarabaq Azərbaycandır!” kimi şuarlar, Vətən, torpaq haqqında mahnılar səsləndirmələri, mətbuat nümayəndələrinə müsahibələr vermələri, tələbləri yerinə yetirilənə qədər gözləyəcəklərini bildirmələri İkinci Vətən Müharibəsində insanların birlik və həmrəyliyini gözlər önünə gətirir. Hər bir Azərbaycan vətəndaşının 44 gündə Ali Baş Komandanın əmrini gözləmələri, Qarabağ üçün canlarından keçəcəklərini bildirmələri, gecə-gündüz ayıq-sayıq dayanıb hadisələri izləmələri nə qədər qürur yaradırdısa, bu günlər torpaqlarımıza ekoloji zərbə endirənlərə qarşı etiraz aksiyasındakı insanların səbri, əzəməti də bir o qədər qürur doğurur.
Bəli, nə Azərbaycan otuz il əvvəlki Azərbaycandır, nə də azərbaycanlılar 30 il əvvəlki insanlar deyil. Düzdür, hünərimizi, mübarizliyimizi ata-babalarımızdan almışıq, onların qanından hopub qanımıza vətənpərvərlik, lakin biz həm də 30 ildir ki, müstəqil ölkənin vətəndaşlarıyıq. Hüquqlarımızın müdafiəsində dayanan, insan amilini dövlət siyasətinin əsas prioritetinə çevirən bir ölkənin vətəndaşlarıyıq. Kim bizim ərazimizə yaxın gələ bilər, kim bizim sərvətlərimizi talaya bilər? Bu, 70 il sovet dövründəki Azərbaycan deyil ki, biz çalışaq, yetirək bitirək, başqaları yeyə. Sərvət bizə aid ola, sahiblənən özgəsi. Bütün bunlar keçmişdə qalıb. Hər zaman ürək sıxıntısı ilə xatırladığımız və xatırlayacağımız keçmişdə.
Bu gün bizi bütün dünya əzmimizlə, hünərimizlə, iqtisadi gücümüzlə, milli ordumuzla, birlik, həmrəyliyimizlə, ən əsası isə xalqının arxasında qətiyyətlə dayanan Ali Baş Komandanımızla, dövlətimizin layiqli rəhbəri ilə tanıyır. Bizi Zəfər xalqı kimi tanıyır... Bu Zəfəri həm siyasi, həm də döyüş meydanında qazanan oğullarımızı tanıyır.
Rusiya sülhməramlıları qırmızı xətti keçdi, XTQ onlara hədlərini göstərdi
SSRİ dövründə Azərbaycan gəncləri fəhlə batalyonlarında əsgəri xidmət keçirdilər. Rusiya kimi nəhəng, bütün dünyaya güçlü ordusu ilə nümunə olan dövlət bəli, bizim oğullarımıza bu ordunun sıralarında əsgərlik etməyi, hərbin sirlərinə bələd olmağı rəva bilmirdi. Ona görə rəva bilmirdi ki, bir türkün qeyrətinə, qüdrətinə, coşğunluğuna bələd idi. Bütün bu keyfiyyətlərin üzərinə üstəlik hərbi təlim gələrdisə, nəticəsi nə olardı. Bu baxımdan da bizim igid övladlarımız fəhləlik edirdilər. Düz iki il rusa fəhləlik etməklə əsgəri xidmətlərini başa çatdırırdılar.
Lakin nə zamanın, nə də dövranın damarlardan axan qan amilini dəyişməyə gücü çatmır. Bunu anlamaq lazım idi, anlayırdılar da. Lakin xatırlamağa çalışmırdılar. Çünki bələd olduqları qan daşıyıcılarının əsarətdə qalmasını daha çox məsləhət bilirdilər, nəinki hansı bir elmin sirlərinə bələd olmalarını.
70 ilin əsarətini bu qanın coşmasına əngəl etməyə çalışsalar da, sonda bu 70 il elə bu qanların coşması ilə sona yetdi. Azadlıq, müstəqillik arzusu damarlarda rus imperiyasının bütün zamanlarda qorxduğu qanı coşduranda onlar axırlarının çatdığını elə gözəl bir şəkildə anladılar ki... Və zaman göstərdi ki, bu, həqiqətən də düşündüyümüz kimi idi. Bu coşan qanla 70 illik paslanmış, qopması çətinləşən zəncir qoparıldı. Milyonlarla güclü, qüvvətli qollar azad edildi. Bu qollar 1918-ci ildə əlimizdən zorla alınan müstəqilliyin bərpası üçün gücünü göstərdi. Bundan sonra başımıza gətirilən bəlaların, 30 il torpaqlarımıza həsrət qalmağımızın səbəbində həmin o imperiya qalıqları dayansalar da, biz yenidən kimliyimizi onlara sübut edə bildik. 2020-ci ilin 44 günlük müharibəsində bir zamanlar kiçik bir dövlət kimi işğal etdikləri Azərbaycanı, sərvətini o başından bu başınadək taladıqları ölkəni və bu ölkənin vətənpərvər övladlarını gördülər. Düşmənə sitəm çəkən, onları diz üstə çökdürən oğulları gördülər. Coğrafi mövqeyinə çox yaxşı bələd olduqları Şuşanı bu qəhrəman oğulların qol gücü ilə işğaldan azad etməsini gördülər. Və düşündülər ki, görəsən bunlar harada hərbin sirlərinə, taktikalarına bələd oldular. Axı biz onlara fəhləlikdən savayı heç nə öyrətməmişdik.
Bəli, söhbət türkdən, türk oğlu türkdən gedirsə, əlavə izaha ehtiyac yoxdur. Həmin o oğullar sülhün nə olduğunu bilmədikləri təqdirdə sülhməramlı kimi torpaqlarımıza yerləşdirilən, aradabir qırmızı xətti keçənlərin sinəsindən ehmalca itəliyərək onlara həddi və hədlərini göstərənlərdir. Və bu hədd istənilən vaxt yenidən göstərilə bilər, bunu da unutmamaq onlara çox sərf edər.
10 noyabr-üçtərəfli Bəyannaməyə qarşı çıxanlar “Qarabağ” dramının üçüncü pərdəsini qaldıra bilərlər
2020-ci ilin 44 günlük İkinci Vətən Müharibəsi ermənilərin ağ bayraq qaldırması ilə nəticələndi. Və 10 noyabrda Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanan Bəyannamə ilə başa çatdı. O Bəyannamə ki, orada sülhməramlıların işinin nədən ibarət olacağı, ermənilərin isə üzərinə düşən öhdəlikləri yerinə yetirmələri ilə bağlı bəndlər yer alır. Lakin görünür ki, bu Bəyannamə elə kağız üzərində qalmaqdadır. Nə Rusiya sülhməramlıları öz vəzifələrinin öhdəsindən gələ bilir, nə də ki, ermənilər üzərlərinə düşən öhdəlikləri yerinə yetirir, daha doğrusu min bir bəhanə ilə boyun qaçırırlar.
Bu günkü etiraz aksiyalarında mətbuat nümayəndələrinin suallarını sükutla qarşılayan, operatorun Şuşa-Laçın yolunu kameranın yaddaşına köçürmək istəyərkən əllərini qaldırıb kameranın qarşısına tutaraq yolun çəkilməsini əngəlləmək istəyən sülhməramlılar görəsən bu gücü haradan alırlar? Müqəvva kimi dayanıb tərpənməyən sülhməramlılar bizim gözümüz qarşısında sanki bir obraz sərgiləyirlər. Lakin biz orada olmayanda törətdikləri əməllərdən necə, xəbərsizmi hesab edirlər bizi?
Aksiya davam edir. İştirakçıar Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkovun gəlib onların suallarına cavab verənədək davam edəcəyini bildirirlər. Volkov isə üzə çıxmaq istəmir. Bunun səbəblərinin isə məlum olan və olmayan tərəfləri vardır. Bu da aydındır. Lakin Volkov gəlməli, ermənilərə azərbaycanlıların sərvətini talamaq üçün yaratdığı şəraitə ayırdığı vaxtdan bir qədər də az vaxt sərf edib azərbaycanlıların bu talançılığın qarşısını almaq üçün monitorinq keçirmələrində nə üçün sülhməramlıların müqəvva rolunda olduğunu izah etməlidir. Əks təqdirdə bu aksiya “Qarabağ” dramının üçüncü pərdəsinə çevrilə bilər.
VETENİM-AZERBAYCANDIR.AZ